21 Aprel 2014 12:04
918
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

Əgər evdar qadının ailənin hər hansı bir əmlakı əldə etməsində maddi cəhətdən yardımı olmayıbsa,  o həmin əmlaka birgə mülkiyyət hüququ əldə edirmi?

Tahirə Lətifova,

Sumqayıt şəhəri

 

 

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu hal həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsində də öz əksini tapmışdır. Qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Lakin nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (Ailə Məcəlləsinin 32.3-cü maddəsi).

 

***

 

Şəxslər arasında bağlanan müqavilədə pulun ödənilməsi üçün dəqiq tarix müəyyən edilibsə və həmin müddət başa çatdıqdan sonra pul ödənilmirsə, pulu alacaq şəxs gecikdirilmiş gün üçün faiz tələb edə bilərmi? Əgər tələb edə bilərsə, tətbiq olunacaq faiz dərəcəsi nə qədər müəyyənləşdirilməlidir?

Namiq Məcidli,

Bakı şəhəri

 

 

 

- Tərəflər arasında müqavilə üzrə pulun ödənilməsi nəzərdə tutulubsa və pulun qaytarılacağı son tarix müəyyən edilibsə, həmin tarixdə pulun qaytarılmaması halında, əgər müqavilədə başqa faiz dərəcəsi nəzərdə tutulmayıbsa, alacaqlının ixtiyarı var ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının borc yaranan günə uçot dərəcəsinə uyğun olaraq  faizin ödənilməsini məhkəmə qaydasında tələb etsin. Bu hal Mülki Məcəllənin  449.1-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddənin tələblərinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məlumat üçün bildiririk ki, 2013 və 2014-cü ilin ilk rübü ərzində Mərkəzi Bankın üçot faiz dərəcəsi 4,75 % təşkil edir. Beləliklə, gecikdirilmiş pul alacaqlarına tətbiq olunacaq faiz dərəcəsi 4,75 faiz təşkil edir.

 

Cavablandırdı:

Aqil LAYICOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video