12 Yanvar 2012 12:01
360
CƏMİYYƏT
A- A+

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

 

Azərbaycanın paytaxtı Bakıda böyük dəyişikliklər baş vermişdir, şəhər böyümüş və xeyli gözəlləşmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri İlkka Kanerva demişdir.

Qonaq bildirmişdir ki, sonuncu dəfə Bakıda 2008-ci ildə olmuşdur. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bu səfərimiz zamanı Bakının nə qədər inkişaf etdiyinin şahidi olduq. Qısa müddətdə hündür binalar tikilmiş, şəhərdə nəqliyyatın rahat hərəkəti üçün yaxşı şərait yaradılmışdır. Tikinti işləri xüsusi zövqlə aparılır. Binalar təkcə hündürlüyü ilə deyil, eyni zamanda, arxitektura baxımından da diqqəti cəlb edir. Bakıda həyata keçirilən tikinti-quruculuq işləri onu deməyə əsas verir ki, ümumilikdə, Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir. Azərbaycanın inkişafı dünyada onun nüfuzunu artırır. Azərbaycan Avropa dövlətləri üçün maraqlı tərəfdaşa çevrilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video