Azərbaycan Notariat Palatası və Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Notariat Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müqaviləni BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov imzalayıblar.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək universitetlə Azərbaycan Notariat Palatası arasında əməkdaşlığın perspektivlərinin əhəmiyyətini vurğulayaraq, hüquqşünas kadrların yetişdirilməsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, notariat sahəsində ixtisaslı kadrların universitetin tədris fəaliyyətinə cəlb edilməsi və digər məsələlər barəsində danışıb.
Notariat Palatasının sədri Hüseyn Məmmədov son dövrlərdə ölkədə notariat sahəsində aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb. Xüsusi notariat institutu geniş tətbiq olunub, notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi istifadəyə verilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Palata sədri çıxışında bu istiqamətdə Bakı Dövlət Universiteti ilə gələcək əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, müqavilə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsini, hüquq fakültəsi tələbələrinin notariat orqanlarında təcrübə keçməsinə şərait yaratmaq, notarial təcrübənin artırılması ilə bağlı birgə layihələr, konfranslar, simpozium və s. tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Görüşdə BDU-nun prorektoru Əliş Ağamirzəyev, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Vidadi Mayıl, Bakı şəhər 11 saylı Notariat ofisinin notariusu İlqar Məmmədov da iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Neft Fondunun büdcə gəlirləri və xərcləri artırılır
30 May
Türkiyə və Misir prezidentləri səfirlərin mübadiləsi barədə tapşırıq veriblər
30 May
Energetika naziri “Boston Consulting Group” şirkətinin nümayəndələri ilə görüşüb
30 May
MN: Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərindəki mövqeləri atəşə tutulub
30 May
“Honor Earbuds X5” qulaqcığı təqdim edilib
30 May
Bu çiçəyi qoparmağın cəzası 244 mindir
30 May
İsrailin “BioPharmax” şirkəti Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlıdır...
30 May
Rəcəb Tayyib Ərdoğanın hakim alyansı parlamentdə 323 mandata sahib olub
30 May
“Xanoba” dövlət sərhəd-buraxılış məntəqəsinə mediatur təşkil olunub
30 May
Səməd Seyidov: Azərbaycanın göstərdiyi bütün səylər regionda təhlükəsizliyin təmin olunmasına yönəli...
30 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!