21:39 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Ali Neft Məktəbinin tələbə və məzunları magistratura imtahanlarında yüksək nəticə göstəriblər
 
ANA SƏHİFƏ / TƏHSIL
18:47 04.03.2021

 

2021-2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) bir neçə tələbə və məzunu yüksək nəticə göstərib.

Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib. Bildirilib ki, magistraturaya qəbul imtahanlarının nəticələrinə görə bu il ən yüksək bal toplayanlardan biri BANM-in kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Fatimə Abdinli rus bölməsi üzrə respublika birincisi olub. O, 89 balla bu nəticəni əldə edib. Bakalavr pilləsi üzrə 695 bal toplayaraq ali məktəbə qəbul olan F.Abdinli magistratura təhsilini də BANM-də davam etdirmək niyyətindədir. BANM-in neft-qaz mühəndisliyi ixtisasının 2020-ci il məzunu Əli Nuraliyev isə 93 bal toplayaraq respublika üzrə ikinci yerdə qərarlaşıb.

Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Səfər Usubov heç bir hazırlıq keçmədən 92 balla respublika üzrə üçüncü ən yüksək bal toplayan bakalavr olub.

Bundan başqa kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Ağaqardaş Camalov və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Fərid Kərimli hər biri 91 bal toplayaraq respublika üzrə dördüncü yerdə qərarlaşıblar. A.Camalov Bakı Ali Neft Məktəbinin yatağın qiymətləndirilməsi və idarə olunması, F.Kərimli isə texniki sistemlərdə informatika və idarəetmə ixtisaslaşması üzrə təhsil almağı planlaşdırırlar.

Qeyd edək ki, imtahanda ən yüksək nəticə 96 bal olub. Toplanılması mümkün olan maksimal bal isə 100 bal təşkil edir.

Magistraturaya qəbul imtahanı üzrə yüksək nəticə göstərərək respublika birincisi olan Pərviz Vəliyev də Bakı Ali Neft Məktəbini seçəcək. O, kimya mühəndisliyi ixtisası üzrə təhsil almağı planlaşdırır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM