02 Fevral 2021 13:31
839
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbində tələbə təşkilatlarının sədrləri ilə görüş  

 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Gəncləri Günü münasibətilə BANM-in tələbə təşkilatlarının sədrləri ilə görüş keçirib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor tələbə təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirələr aparıb, tətbiq olunan yeniliklərin tələbələrə çatdırılmasında operativliyin təmin edilməsi, tələbə təşkilatlarının rolunun genişləndirilməsi ilə bağlı təklifləri dinləyib. E.Qasımov I kursların tələbə təşkilatları barədə daha yaxından məlumatlandırılması məqsədilə tələbə təşkilatlarının rəhbərlərinin fəaliyyətinin daha da aktivləşdirilməsini tövsiyə edib.

Sonra təşkilat rəhbərləri pandemiya dövründə həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib, fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərlə çıxış ediblər. Klub rəhbərləri əsas məqsədlərinin BANM tələbələrinin intellektual səviyyələrinin yüksəldilməsi, bacarıqlarının təmənnasız şəkildə inkişaf etdirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, BANM-də tələbə klubları ilk gündən gənclərdə vətənpərvərliyin təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai-sosial layihələrdə iştirak, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir. Bu məqsədlə ali məktəbdə Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Bu qurumların tərkibində yaradılan müxtəlif formatlı klublar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün münbit şərait yaratmaqla yanaşı, onların idarəetməyə cəlb edilməsi, təşkilatçılıq, yaradıcı fəaliyyətlərinin inkişafı üçün dəstək, müxtəlif yerli, beynəlxalq layihələrə qatılmaları, bilik və bacarıqlarını nümayiş etdirmələrinə təkan verir, müntəzəm olaraq xeyriyyə konsertləri, qocalar və uşaq evlərinə səfərlər, maarifləndirici təlimlər keçirir.

Ali məktəbdə “Neft Mühəndisləri Cəmiyyəti”, “Gənc Mühəndislər klubu”, “İntellektual oyunlar klubu”, “Fizika klubu”, “Riyaziyyat klubu”, “Kitab klubu”, “Debat klubu”, “Danışıq klubu”, “Rus dili klubu”, “Programming club”, “Cinema club”, “Animal care club”, “Musiqi klubu”, “Rəqs klubu” və “Teatr klubu” kimi müxtəlif istiqamətləri əhatə edən klublar fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video