14:12 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Ali Neft Məktəbi YAP-la birgə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirib

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:00 12.06.2021

 

Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Milli qurtuluşdan tarixi Zəfərə” adlı tədbir keçirilib. Karantin qaydalarına uyğun şəkildə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Görüşə onlayn olaraq 900-dək iştirakçı qatılıb.

AZƏRTAC xəbər verir ki, YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilk olaraq ali məktəbdə yaradılan tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris üçün yaradılan şərait, infrastruktur, gələcək planlar barədə qonağa ətraflı məlumat verib.

Ulu Öndərin büstü önünə gül düzülüb, ali məktəbin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.

Tədbirdə çıxış edən Tahir Budaqov diqqətə çatdırıb ki, tariximizdə Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü siyasi hadisə kimi daxil olub. “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ulu Öndər Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır”, - deyə Tahir Budaqov qeyd edib.

O vurğulayıb ki, “Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi Zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da, öz növbəsində, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi adlandırıb.

“Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb”, - deyə rektor əlavə edib.

Tahir Budaqova Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Sonda Tahir Budaqov Bakı Ali Neft Məktəbinin tələbələrinin çoxsaylı suallarını cavablandırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM