20:17 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bahar - qanın qaynayan dövrü

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:25 14.03.2021

 

Bahar gəlir, günəş aləmə nur çiləyir, torpağın canı qızır, güllər, çiçəklər yavaş-yavaş boy göstərməyə başlayır. Təbiətin bu yaz coşqusu insanlarda da əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur. Xalq arasında deyildiyi kimi, “qan qaynayır”. Bəs “qanın qaynaması” anlayışını tibb necə izah edir?

Terapevt Mətanət Cəfərlinin sözlərinə görə, bu fəsildə damarlar daralır, endorfin ifraz edilir, insanların əhvali-ruhiyyəsi yaxşılaşır. Daralmış damarda qan daha sürətli dövran edir və elə ona görə də buna “qan qaynayır” deyirlər.

Həkim bildirir ki, baharın gəlişi bədənin oyanması ilə nəticələnsə də, bir sıra xəstəliklərə də yol açır, vitamin çatışmazlığı baş verir, orqanizmin müqaviməti aşağı düşür: “İmmunitet zəiflədiyindən soyuqdəymə halları baş verir, yuxarı və aşağı tənəffüs sistemi xəstəlikləri, qrip kimi epidemiyalara yoluxma riski artır. Yazda bağırsaq xəstəlikləri də kəskinləşir. Xora, qastrit, xroniki qastritdən əziyyət çəkənlər bu günlərdə ehtiyatlı olmalıdırlar. Allergik xəstəliklər də bu fəsildə baş qaldırır. Məsələn, bronxit, astma xəstəlikləri allergik tiplidir və yazda tozlanma ilə bağlı olaraq kəskinləşə bilər. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər meteohəssas insanlar qrupuna aiddirlər. Onlar işemik xəstəliklərdən əziyyət çəkirlər. Havanın qəfil dəyişməsi (mart ayında hava gah isti, gah soyuq olur), kardio infarkt keçirmiş insanlara öz mənfi təsirini göstərir. Təzyiqi yüksək olanlar da meteohəssas insanlardır. Onlar dərman içsələr də, təzyiqləri normaya düşmür. Bu cür hava normal insanların ürək-damar sisteminə də təsir edir”.

 

Bəzi insanların əhvalı yüksəlir, bəzilərinin isə...

 

Terapevt vurğulayır ki, yazın gəlişi sinir-damar tonusuna təsir göstərdiyi üçün əhvali-ruhiyyə dəyişir. Bəzi insanların əhvalı yüksəlir, bəziləri isə sinir krizi keçirir, əsəb, depressiyadan əziyyət çəkir: “Sinir sistemində baş verən hər hansı qıcıq damara da təsir edir. Orqanizmin emosional sferasından asılı olaraq hər kəs dəyişikliklərə müxtəlif cür reaksiya verir. Çünki insan psixologiyasında 4 temperament tipi mövcuddur: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Bəzi insanlarda depressiya, stressə meyillilik yaranır. Bəzənsə tam əksinə, insanın əhvalının yaxşılaşmasına səbəb olur. Buna da el arasında “qanın qaynaması” deyirlər. Belə nəticəyə gəlinir ki, “qan qaynaması” müəyyən qədər endorfin miqdarının artmasına səbəb olur. Bəzi insanlarda depressiya, yuxuya meyillilik, işdən soyuma hallarının baş verməsi isə kortizolun miqdarının artması ilə bağlıdır.

 

Yaz depressiyasına düşməmək üçün bunlara əməl etmək vacibdir

 

Həkim pis hallardan qorunmaq, depressiyaya düşməmək üçün və işdən soyuma halları baş verdikdə qısa müddətə olsa da, istirahət götürməyi, təmiz havada gəzməyi, bol maye qəbul etməyi məsləhət görür. Vitamin, minerallarla zəngin meyvə-tərəvəzləri bol-bol qəbul etmək də vacibdir: “İnsan bədəni və psixologiyası yaz fəslinə uyğunlaşması üçün bir həftə və ya 10 gün adaptasiya dövrü keçir: “Əksər insanlar yaz gələr-gəlməz yuxulamaqdan şikayət edirlər. Yuxululuğa səbəb kartizol - stress hormonunun artmasıdır. Yuxululuğa başqa səbəb isə sinir-damar sistemində baş verə bilən dəyişikliklər ola bilər. Yəni orqanizmin bioritmləri var, bu bioritmlər hər fəsildə dəyişir. Yazda bioritmlər bir qədər yavaşlayır, sürəti azalır. Bu isə bəzi insanlarda yuxu yaradır. Yazın ilk dönəmində yuxu ilə mübarizə də zəifləməyə başlayır. Kartizolun artması da mübarizəni zəiflədir. Bu cür insanlar yatıb yuxularını almalı və qısa müddət istirahət etməlidirlər”.

 

Qanımız buna görə qaynayırmış...

 

Psixiatr Orxan Fərəcli isə günəş şüalarının, mövsümi faktorların beyində seratonin, yəni xoşbəxtlik hormonunun ifrazına təsir etdiyini vurğulayır. O, insanların çoxunun yaz dövründə özlərini yaxşı və xoşbəxt hiss etmələrinin bununla bağlı olduğunu deyir. Həmçinin vurğulayır ki, yaz fəslində depressiya əlamətləri daha qabarıq olur: “Bu zaman həyəcan, təşviş, boğulma kimi əlamətlər özünü göstərir. “Qan qaynayır” deyəndə insanda yeni qanın əmələ gəlməsini nəzərdə tuturlar. Yeni qanın əmələ gəlməsi isə bütün mövsümlərdə davam edən bir prosesdir. Yəni məhz yaz fəslində yeni bir şey baş vermir”.

Psixiatr yazda yuxu rejiminə diqqət etməyi, vaxtlı-vaxtında yatıb-durmağı məsləhət görür. Günorta saatlarında yatmaqdan bacardıqca qaçmaq lazımdır. Payız və qış mövsümündən yaz üçün planlar qurmaq da depressiya və həvəssizliyin qarşısını ala bilər: “Yazda nə edəcəyiniz barədə yeni hədəflər müəyyənləşdirin. Qışın eyni templə davam edən əhvali-ruhiyyəsindən çıxmaq üçün bu, yaxşı bir fürsət olar. Çünki monoton həyat tərzi insanda depressiyaya səbəb olur. Nahaq yerə intiharı depressiya ilə əlaqələndirmirlər. İntihara səbəb olan amillərdən biri də depressiya və depressiyanın ən ağır forması olan bipolyar affektiv pozuntu deyilən xəstəlikdir. Uzun müddət insan depressiyada olur və birdən-birə əhvali-ruhiyyəsi yüksəlir. Bu hipotomlarda intihar riski bir az yüksəkdir. Yaz dövründə intihar hallarına çox rast gəlinmir. Amma kliniki tədqiqatlar deyir ki, bəzən bu, mümkündür”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM