10:58 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bahar katarı xəstəliyinin yaranma səbəbi və müalicəsi
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:35 19.05.2021

 

Bahar katarı mövsümlə əlaqədar ortaya çıxan, hər iki gözdə müşahidə olunan allergik reaksiyadır. Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, əsasən yaz aylarında başlayır və payıza qədər davam edir. 3-6 yaşlarında başlanan şikayətlər 20 yaşa qədər artıq aradan qalxır. Nadir hallarda 20 yaşından sonra da davam edə bilər. Ailə anamnezində atopik xəstəlik olanlarda daha çox rast gəlinir.

Mərkəzi Gömrük Hospitalının həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bu barədə AZƏRTAC-a məlumat verərək deyib: “Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivitin iltihabi reaksiyasıdır. Onun kliniki formalarından pollinoz, “bahar katarı”, dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir. Pollinoz ağac, çiçək, bitki tozcuqlarına qarşı allergik reaksiya olaraq yaranır. Atopik keratokonyunktivit isə əsasən atopik dermatit, bronxial astma və allergik rinit şikayətləri olanlarda rast gəlinir. İri papilyar konyunktivit adətən linza istifadə edənlərdə müşahidə olunur.

Göz qaşıntısı ən əsas əlamətdir, bu şikayətə yanma, sulanma, gözdə “yad cisim” hissi, işığa həssaslıq və hətta göz qapaqlarında spazm əlavə olunur. Konyunktivada qızartı və ödem, üst qapaq konyunktivitində, daha doğrusu, konyuktiva ilə buynuz qişanın sərhəddi ətrafında follikullar və papillalar inkişaf edir. Yan-yana düzülmüş həmin follikullar çay daşlarını xatırladır. Hipertrofiya, yəni qalınlaşmış papillalar qapağın cüzi sallanmasına səbəb ola bilər. Spesifik əlamət sayılan iri follikullarda ağ infiltratlar da müşahidə oluna bilir. Xəstələrin 50 faizində buynuz qişa zədələnir və bu zaman onların şikayətlərinə batma, sulanma, işığa həssaslıq, gözdə “yad cisim“ hissi və ağrı əlavə olunur”.

Həkim-oftalmoloqun dediyinə görə, yüngül klinika ilə keçən hallarda gözə soyuq islatma, günəşdən qorunma və simptomatik müalicə kifayət edir: “Həmin tədbirlər kömək etmədikdə xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur. Xəstəlik xroniki olduğuna görə hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar həmin qrupdan olan preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə həmin xroniki xəstəlikdən əziyyət çəkənlər hər il yazdan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM