03 Iyul 2019 00:18
1311
ELANLAR
A- A+

“AzerTelecom” ölkəmizin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün proqram icra edir


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom”un baş icraçı direktoru Fuad Allahverdiyev İsveçrənin Sürix şəhərində keçirilmiş İsveçrə-Azərbaycan Biznes Forumunda "Azərbaycanda rəqəmsallaşma prosesləri və "Azerbaijan Digital HUB” proqramının bu proseslərə töhfəsi” mövzusunda çıxış edib.

Fuad Allahverdiyev çıxışında dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma proseslərinin Azərbaycanda da sürətlə getdiyini, Prezident İlham Əliyev tərəfindən İKT sektorunun dayanıqlı inkişafı istiqamətində müxtəlif dövlət proqramları, sərəncam və fərmanların qəbul edildiyini qeyd edib.

O, "AzerTelecom” şirkətinin hazırda icra etdiyi "Azerbaijan Digital HUB” proqramı barədə məlumat verərək bu proqramın ölkənin İKT, telekommunikasiya sektorunun inkişafı, rəqəmsallaşma proseslərinə mühüm töhfə verəcəyini bildirib. "Digital HUB” proqramı ölkə daxilində dayanıqlı infrastruktur quruculuğunu, Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək yolu) yaradılmasını, Trans-Xəzər magistralının çəkilişini, ölkəmizdə regional Data Mərkəzin tikintisini və Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsini və rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur” deyə Fuad Allahverdiyev bildirib.

Qeyd olunub ki, "Digital HUB” proqramı Avropa və Asiya ölkələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edəcək, iki qitənin müxtəlif dövlətlərinin telekommunikasiya və kontent operatorlarının əməkdaşlığı, biznes əlaqələrinin daha da genişlənməsi üçün təməl olacaq. Azərbaycan bu proseslərdə mərkəzi ölkəyə çevriləcək və proqram çərçivəsində rəqəmsal telekommunikasiya dəhlizinin qurulması bir çox ölkələrdə rəqəmsallaşma proseslərinin sürətlənməsinə töhfə verəcək.

İsveçrə-Azərbaycan Biznes Forumu İsveçrə Konfederasiyasının Sürix şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə iyunun 27-də keçirilib.

"AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell” şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. "AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılmasına, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video