07 Dekabr 2018 01:31
2077
ELANLAR
A- A+

“AzerTelecom” “BakuTel 2018” sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom” cari ilin 7 dekabr tarixinədək Baku Expo Mərkəzində keçirilən "BakuTel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında müvəffəqiyyətlə iştirak edir.

Belə ki, artıq 10 ildir ki, ölkənin telekommunikasiya sektorunda uğurla fəaliyyət göstərən və öz fəaliyyətində hər zaman peşəkarlıq, müştəri məmnuniyyəti, dinamik inkişaf və innovativlik prinsipini rəhbər tutan şirkət sərgi müddətində yerli və xarici ziyarətçilərə, eləcə də qurumlara internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücum əleyhinə mühafizə xidməti, FTTx (hər hansı ünvana fiber-optik kabelin çəkilişi), Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətlərini təqdim edir.

Qeyd edək ki, sərgi günlərində Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Sinqapur, İran, Ukrayna və digər dövlətlərdən olan şirkətlərin nümayəndələri ilə müxtəlif görüşlər keçirilib, ziyarətçilərə "AzerTelecom” şirkəti haqqında geniş məlumat verilib, yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Eyni zamanda "AzerTelecom” şirkətinin stendində "Huawei” şirkətinin Türkiyədən dəvət edilmiş IoT/M2M (Internet of Things - Əşyaların İnterneti/M2M-Machine-to-Machine- Maşınlararası əlaqə) sahəsi üzrə eksperti Sertaç Şamioğlu və "AzerTelecom” şirkətinin Baş Kommersiya direktoru Samir Nuriyev tərəfindən müxtəlif sahələrdə "Əşyaların İnterneti”nin tətbiqi haqda info-sessiyalar təşkil olunub, stendin ziyarətçilərinə yeni rəqəmsal texnologiyalar, ağıllı şəhər və idarəetmə, kənd təsərrüfatı və digər sahələrdə rəqəmsal texnologiyaların və telekommunikasiyanın rolu barədə müxtəlif təqdimatlar edilib.

"AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətidir. "AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. "AzerTelecom” şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət daim mövcud şəbəkənin yenilənməsi, infrastrukturun dayanıqlılığının artırılması, innovasiyaların tətbiqinə diqqət yetirir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video