19 Oktyabr 2011 12:10
336
SİYASƏT
A- A+

AzərTAc-ın İrandakı xüsusi müxbirinin Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş məqaləsi Tehranda çıxan nüfuzlu «İran» qəzetində çap edilmişdir

 

AzərTAc-ın İrandakı xüsusi müxbiri Sabir Şahtaxtının Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş "İyirmi illik problemsiz qonşuluğun səmərəliliyi" sərlövhəli məqaləsi Tehranda çıxan nüfuzlu "İran" qəzetində farsdilli oxuculara təqdim olunmuşdur.

Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş məqalədə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı və məqsədyönlü quruculuq işlərindən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, Azərbaycan-İran münasibətlərindən bəhs edilir. Müəllif yazır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilsə də, müstəqilliyin qorunması və inkişafı Azərbaycan xalqının tələbi ilə Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə gəlməsindən sonra baş vermişdir. Heydər Əliyev böyük uzaqgörənliklə məqsədyönlü sülh və sabitlik strategiyasını həyata keçirməklə Azərbaycanın müstəqilliyinin qorunmasına nail ola bilmişdir. Ulu öndərimizin müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti Azərbaycan-İran münasibətlərinin təməlini müəyyən etmişdir. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev İranla hərtərəfli münasibətlərin daha da  genişləndirilməsinə böyük diqqət  göstərməkdədir. Azərbaycan ilə İran arasındakı enerji mübadiləsi iqtisadi əlaqələrin müstəvisində mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrandan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qaz verilməsini tarixi hadisə kimi qiymətləndirmiş, İran Prezidenti Mahmud Əhmədinejad isə bu məsələni İran-Azərbaycan münasibətlərinin bariz nümunəsi adlandırmışdır.

Məqalədə qeyd olunur ki, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünü çoxsaylı təntənəli mərasimlərlə qeyd edən Azərbaycan Respublikası hərtərəfli inkişaf proseslərini yaşayır. Ölkənin əsas problemi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrini  aradan qaldırmaqdır. Azərbaycan  münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində aparılan sülh danışıqlarında və ölkənin ərazi bütövlüyünün bərpa olunmasında  görür.

Müəllif yazır ki, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsində media və mətbuat da önəmli rol oynamışdır. Bu sahədə Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc və İranın rəsmi xəbər agentliyi - İRNA arasındakı münasibətlər səmimi dostluğa əsl nümunədir. İran Prezidentinin mətbuat üzrə müşaviri, İRNA-nın icraçı direktoru  Əli Əkbər Cavanfikrin 2011-ci ilin aprelində Azərbaycan Respublikasına səfəri zamanı AzərTAc-la İRNA arasında Bakıda  imzalanmış əməkdaşlıq müqaviləsi hər iki informasiya orqanı üçün qarşılıqlı münasibətlərdə  yeni fəaliyyət imkanları açmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video