22:03 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:53 27.02.2021

 

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məlum olduğu kimi, dövlət başçısı “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb.

İmzalanma mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin, “Demirören Holding” şirkətinin və “Azərlotereya” ASC-nin rəhbərləri iştirak ediblər.

Tədbirdə M.Cabbarov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şücaəti nəticəsində Vətən müharibəsində böyük Zəfəri vurğulayaraq qardaş Türkiyənin həmişə olduğu kimi, 44 günlük müharibə dövründə də Azərbaycana siyasi və mənəvi dəstəyini qeyd edib. İqtisadiyyat naziri bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə sürətlə inkişaf edir. Qardaş ölkə Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli iri enerji, nəqliyyat və logistik layihələrin fəal iştirakçısıdır və bu transmilli layihələr regionun inkışafında mühüm amillərdəndir. Ölkələrimiz arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşları artır. İqtisadiyyatın bir çox sahələrində əməkdaşlığın inkişafı imkanları genişdir.

Nazir vurğulayıb ki, “Azərlotereya” ASC-nin idarəyəetməyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində daha bir əməkdaşlıq layihəsidir. Qeyd edilib ki, prosesə xarici investorların cəlb edilməsi “Azerlotereya”nın fəaliyyətini əsaslı şəkildə dəyişəcək, Səhmdar Cəmiyyətdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunmasını sürətləndirəcək, iqtisadi səmərəni əhəmiyyətli şəkildə artıracaq. Müasir texnologiya və yanaşmaların tətbiqi sayəsində gəlirlər artacaq və “qara bazar”ın payı azalacaq. Bu müqavilənin imzalanması ölkəmizdə dövlət müəssisələrinin fəaliyyət səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması, “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində atılan növbəti addımdır.

Türkiyənin Azərbaycandakı səfiri E.Özoral Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi münasibətilə təbriklərini ifadə edib. İki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün həyata keçirilən işlərdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs edən səfir həyata keçiriləcək layihənin iqtisadi əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərinin icraçısı Mətin Eynullayev “Azərlotereya”nın xarici investora idarəetməyə verilməsinin dövlət şirkətlərinin sağlamlaşdırılmasında əhəmiyyətini, layihənin uğurlu təcrübə yaradacağını qeyd edib.

“Demirören Holding” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirörən bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. Bu gün imzalanan layihə ikitərəfli iqtisadi əməkdaşlığa daha bir töhfədir. Holdinqin çoxsahəlı fəaliyyəti barədə məlumat verən Y.Demirörən “Demirören Holding”in digər sahələrə də investisiya qoyuluşunda maraqlı olduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya”nın idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb. Sənədi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərinin icraçısı M.Eynullayev və “Demirören Holdinq” şirkətinin İdarə Heyətinin sədri Y.Dəmirören imzalayıblar.

“Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtalyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.

“Demirören Holding”, həmçinin Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa “CNN Türk”, “Kanal D” kimi məşhur televiziya və radio kanalları, “Milliyət”, “Hürriyyət”, “Vətən”, “Posta” və sair qəzetlər daxildir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM