“Azərkosmos” Dubay şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində təmsil olunur
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nümayəndə heyəti oktyabrın 25-29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Astronavtika Federasiyası tərəfindən hər il ənənəvi olaraq keçirilən və qlobal səviyyədə kosmik sahənin nümayəndələrini bir araya toplayan konqres bu il “Bəşəriyyət naminə addım ataq, yenilik edək və kəşf edək” mövzusuna həsr olunub. Bu mövzu ətrafında konqresə kosmik sahədə fəaliyyət göstərən ölkələrin hökumət rəsmiləri, dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar, nüfuzlu tədqiqat və inkişaf mərkəzlərinin nümayəndələri, astronavtika sahəsi üzrə elm adamları və kosmonavtlar qatılıblar.
“IAC 2023 Baku” və “Azərkosmos” stendləri ilə konqresdə təmsil olunan “Azərkosmos”un nümayəndə heyəti tədbir iştirakçılarına Azərbaycanın kosmik sənayesinin tarixi, ölkəmizdə həyata keçirilən kosmik proqramlar və peyklərin rolu barədə ətraflı məlumat verib.
Açılış mərasimində dünyanın aparıcı kosmik agentlikləri və inkişaf etməkdə olan ölkələrin bu sahədə təcrübəsi, onların inkişaf yolu, həmçinin dünya peyk sənayesində baş verən yeniliklər, tədqiqat və inkişaf üzrə innovativ texnologiyaların tətbiqində kiçikölçülü peyklərin istifadəsi və imkanları barədə panel çıxışları olub. Panel çıxışlarında auditoriyaya ölkəmizin son 10 ildə kosmik sahədə əldə etdiyi nailiyyətlər, Azərbaycan Kosmik Agentliyinin fəaliyyəti, qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə qurulan əməkdaşlıqların ölkəmiz üçün əhəmiyyətindən bəhs olunub.
Beynəlxalq Astronavtika Konqresi 70 illik tarixində ilk dəfə ərəb regionunda keçirilir. Konqres BƏƏ-nin Mars planetinə gediş-dönüş missiyaları, “Global Networking Forum” kimi maraqlı və zəngin proqramları ilə bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq. Tədbirin növbəti günlərində keçiriləcək plenar iclas və texniki sessiyalarda kosmik sahə üzrə süni intellektin istifadəsi, müasir peyk həlləri, elm və innovativ texnologiyaların əhəmiyyəti, insan kapitalının möhkəmləndirilməsi və həyata keçirilən təşəbbüslər haqqında fikir mübadiləsi aparılacaq. Builki konqres kosmik sahədə artıq öz sözünü demiş, habelə inkişaf etməkdə olan ölkələr arasında beynəlxalq əlaqələri gücləndirməklə kosmosun imkanlarını və yeni tendensiyalarını hər kəsə əlçatan və faydalı hala gətirmək üçün mühüm platformadır.
Qeyd edək ki, “Azərkosmos”un bu konqresdə təmsil olunması 2023-cü ildə Bakı şəhərinin ev sahibi olacağı 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinin sürətlə davam etdiyinin göstəricisidir. Ölkəmizdə keçiriləcək konqres kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslərə töhfə vermək baxımından yeni imkanlar açacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
25 Aprel
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may a...
25 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNİB ...
25 Aprel
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəz...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi...
25 Aprel
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkand...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNİB ...
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!