11 Fevral 2021 00:30
695
ELANLAR
A- A+

“Azərişıq”ASC  Bakı şəhəri, Binəqədi rayonu, 110/35/6 kV-luq “Binəqədi” yarımstansiyasından qidalanan 35 və 6 kV-luq hava xətlərinin bir hissəsinin kabel xətləri ilə əvəz olunması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

 

 

Tender 1 (bir) LOT üzrə keçirilir:

LOT-1. Bakı şəhəri, Binəqədi rayonu, 110/35/6 kV-luq “Binəqədi” yarımstansiyasından qidalanan 35 və 6 kV-luq hava xətlərinin bir hissəsinin kabel xətləri ilə əvəz olunması işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Namiq Heybətov

Əlaqə telefonu (şəhər): (012) 440 39 93 (daxili: 92-19)

Elektron poçt: [email protected]

İştirak haqqı: 850 (səkkiz yüz əlli) manat

Rekvizitlər:

“Azərişıq” ASC 

Hesab: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: Kapital Bankın  Gənclik filialı

VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

Kod: 200189 

SWIFT Code: AIIBAZ2X    

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış; (təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış  (təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli) (təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır) (təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- iddiaçının son 1 (bir) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar (arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);

- iddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat  (arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının yüklülük  haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;

- lisenziya və icazələr.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.03.2021-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 11.03.2021-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 12.03.2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

 

QEYD: Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı halda surəti notarial qaydada təsdiq olunmalıdır (xarici iddiaçılar hüquqi sənədləri apostille etdirərək). Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video