05 Sentyabr 2018 00:19
1921
ELANLAR
A- A+

“Azərişıq” ASC-nin etdiyi yeniliklər öz bəhrəsini verir


Ötən ilin avqust ayı ilə müqayisədə "ASAN xidmət” vasitəsilə "Azərişıq” ASC-yə 2 dəfə artıq müraciət edilib


"Azərişıq” ASC-nin "ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına son aylarda əlavə üç xidmətin artırılması, həmçinin istehlakçıların enerji təchizatı sxeminin bir fazalıdan üç fazalıya keçirilməsi, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsinin yalnız və yalnız "ASAN xidmət” vasitəsilə həyata keçirilməsi avqust ayında səhmdar cəmiyyətə edilən müraciətlərin sayının artmasına səbəb olub. Eyni zamanda iyul ayının sonunda Nazirlər Kabinetinin əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı kVt-a görə vahid tarif müəyyən etməsi və buna görə əvvəlki qayda ilə müqayisədə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflərin ucuzlaşması da müraciət edənlərin sayında artıma səbəb olub. Nəhayət, elektrik avadanlıqlarının istismarı zamanı qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması üçün yeni yaradılan "İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətinə sahibkarların diqqət göstərməsi də müraciətlərin sayına müsbət mənada təsir göstərib.

Nəticədə "Azərişıq” ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 200-dən artıq sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 mindən artıq vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi üçün 426, qeyri-əhali qrupuna aid istehlakçıların sayğac əvəzlənməsi üçün 1000-ə yaxın sahibkar müraciət edib.

Nəticədə istirahət ayı hesab olunmasına baxmayaraq, avqust ayında "Azərişıq” ASC-yə "ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi digər xidmətlərlə birlikdə 12 mindən artıq müraciət daxil olub. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə müraciətlərin sayının 2 dəfəyədək artması deməkdir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video