26 Aprel 2019 00:42
1797
ELANLAR
A- A+

“AzerGold” QSC növbəti ağacəkmə aksiyası keçirib


25 aprel tarixində "AzerGold” QSC Beynəlxalq Yer Günü münasibətilə Daşkəsən rayonunda yerləşən Çovdar yatağında növbəti ağacəkmə aksiyası keçirib.

Tədbir çərçivəsində 1 hektar ərazidə 300-ə yaxın qoz, fındıq, gavalı, alma, armud ağacları əkilib. Cəmiyyətin 100-ə yaxın əməkdaşının iştirakı ilə baş tutan ağacəkmə aksiyası ölkə ərazisində keçirilən genişmiqyaslı yaşıllaşdırma işlərinə, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədlərini daşıyır.

Qeyd edək ki, bu, "AzerGold” QSC tərəfindən aprel ayı ərzində keçirilən artıq ikinci ağacəkmə aksiyasıdır. Bundan əvvəl, aprelin 17-də keçirilən aksiyada "Çovdar” yatağı ərazisində 200-ə qədər qarışıq ağac tingləri əkilib.

Ətraf mühitin mühafizəsi "AzerGold” QSC tərəfindən həyata keçirilən korporativ sosial məsuliyyət siyasətinin dörd əsas komponentindən birini təşkil edir. Bu komponent üzrə həyata keçirilən ağacəkmə aksiyalarında bu günədək 17 hektar ərazidə 8 mindən çox ağac və kol əkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video