01 Mart 2019 01:32
2156
ELANLAR
A- A+

“AzerGold” QSC Mülki Müdafiə Günü münasibətilə maarifləndirici tədbir keçirib


28 fevral tarixində "AzerGold” QSC Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə "Məqsədimiz - uşaqların müdafiəsidir!” mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbirdə "AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov və şirkət əməkdaşları, Daşkəsən Rayon İcra Hakimiyyətinin müavini və fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayev, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mülki müdafiə üzrə əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, Quşçu kənd icra nümayəndələri, bələdiyyə, məktəb direktorları və şagirdləri, FHN-nin Gəncə şəhər və Daşkəsən rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğın texnikaları və əməkdaşları, "AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində yerləşən mülki müdafiə manqaları, podratçı və subpodratçı şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə səsləndirilən çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açılıb, mülki müdafiə sahəsində hər bir vətəndaşın, o cümlədən uşaqların maarifləndirilməsinin vacibliyi vurğulanıb. Daha sonra tədbirdə konkret fövqəladə hallar imitasiya edilib və onlara qarşı görülməli olan tədbirlər əyani şəkildə nümayiş etdirilib. Tədbirin sonunda "AzerGold” QSC iştirakçılara tədbirdə iştiraka dair müvafiq sertifikatlar və hədiyyələr təqdim edib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Mülki Müdafiə Təşkilatına 1993-cü ildə qoşulub. Son illər müharibə və təbii fəlakət qurbanları arasında uşaqların sayının artması səbəbi ilə təşkilat builki Ümumdünya Mülki Müdafiə Gününü uşaqların təhlükəsizliyinə həsr edib. Çovdar filiz emalı sahəsində maarifləndirici tədbir keçirməklə "AzərGold” QSC uşaqların təhlükəsizliyinin təmin edilməsinə və fövqəladə hallara qarşı hazırlığın daha da yüksəlməsinə öz töhfəsini vermək niyyətindədir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video