23:35 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“AzerGold” istiqrazlarının ilk faiz ödənişi həyata keçirilib
ANA SƏHİFƏ / ELANLAR
02:37 26.12.2020


24 dekabr 2020-ci il tarixdə "AzerGold” istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. Ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

Qurumun Mətbuat xidmətinin verdiyi məlumata görə, maliyyə bazarına təklif edilmiş istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə mənbələrinin şaxələndirilməsi, yeni layihələrin icrasına yönəldilməsi ilə yanaşı, ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir.

Belə ki, yerli bankların xarici valyutada əmanətlər üçün təklif etdiyi illik faiz dərəcələrindən daha yüksək - 4 faiz gəlirlilik vəd edən "AzerGold” istiqrazları geniş xalq kütləsi üçün əlçatan investisiya alətidir. Ümumi emissiya həcmi 20 milyon ABŞ dolları olan istiqrazların bir ədədi üzrə 100 ABŞ dolları nominal qiymətində ticarət olunması şirkətlərlə bərabər sıravi vətəndaşlarımız üçün də əlavə gəlir qazanmaq fürsəti yaradıb.

Təsadüfi deyil ki, investorlara 3 illik tədavül müddəti ərzində ildə 4 dəfə olmaqla, sabit gəlir qazandıran, tədavül müddətinin sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ verən "AzerGold” istiqrazlarının Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabla 2 dəfədən çox üstələyib. Konkret olaraq hər tranş üzrə 10 milyon ABŞ dolları həcmində yerləşdirilən istiqrazlara 1-ci hərracda 25.5 milyon, 2-ci hərracda 18 milyon ABŞ dolları məbləğində sifariş toplanıb.

Bir sözlə, hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli şərtlərlə təqdim edilən investisiya alətlərindən hesab olunan "AzerGold” istiqrazları ölkəmizdə həyata keçirilən dayanıqlı iqtisadi siyasətin təzahürü kimi dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı fonunda maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini artırır, qeyri-neft sektorunun əhatəsini daha da genişləndirir.

Xatırladaq ki, "AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti 1-ci tranş üzrə 101.7 ABŞ dolları, 2-ci tranş üzrə isə 102.4 ABŞ dolları təşkil edib. "AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi isə 2021-ci ilin mart ayında baş tutacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM