10 Aprel 2019 00:55
1893
ELANLAR
A- A+

“Azercell”in dəstəyi ilə “Onbranch” startapı “Seedstars World” müsabiqəsində iştirak edib


"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatılıb. 2018-ci ildə ölkəmizdə keçirilən "Seedstars World” müsabiqəsinin qalibi "Onbranch” startapı ilə birlikdə mərkəz "Seedstars Sammiti”ndə iştirak edib.

İsveçrənin Lozanna şəhərində keçirilən tədbirdə 75 ölkədən startap komandaları, hökumət nümayəndələri, investorlar, yaradıcı insanlar, həmçinin tanınmış şirkətlərin mentorları iştirak edib. Maliyyə, səhiyyə, təhsil, kənd təsərrüfatı və enerji sahələrində mövcud olan qlobal problemləri həll etmək məqsədilə keçirilən sammitdə Afrika, Latin Amerikası, Asiya, Şərqi Avropa və Orta Şərqi təmsil edən 64 ən uğurlu startap layihəsi 500,000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparıb. Nəticədə Argentinanı təmsil edən "Blended” startapı "Seedstars Sammiti”nin qalibi seçilib.

Məlumat üçün bildirək ki, "Seedstars World” regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Tədbirin keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.

Qeyd edək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin "Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və 6 ildir ki, "Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi "Azercell” və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir çox uğurlara imza atıb. Ölkənin ilk biznes inkubatoru olan mərkəz startapların inkişafının hər bir mərhələsində onlarla işləyir, uğur qazanmaq üçün lazım olan vəsaitlər, resurslar və biliklərlə təmin edir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video