03 Noyabr 2018 00:20
801
ELANLAR
A- A+

“Azercell”in 24/7 rejimində fəaliyyət göstərən peşəkar Telefon Mərkəzi yubileyini qeyd edir


Azərbaycanda ilk peşəkar xidmət sahəsinin - Telefon Mərkəzinin - yaranmasından 20 il ötür və bu mühüm hadisə "Azercell Telekom”un adı ilə bağlıdır. Belə ki, "Azercell Telekom” MMC 1998-ci il noyabrın 1-də ölkəmizdə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini istifadəyə verib, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb.

Müasir dövrdə hər hansı bir iri şirkəti telefon müştəri xidməti olmadan təsəvvür etmək mümkün deyil. 20 ildir ki, "Azercell”in Telefon Mərkəzinin vasitəsiylə abunəçilər günün istənilən saatında şirkətlə əlaqə saxlayaraq müxtəlif əməliyyatları həyata keçirir, istənilən məsələlərlə bağlı məlumat əldə edir və texniki dəstək alırlar. Lakin bu gün 20 illiyini qeyd edən qrup bu illər ərzində inkişaf yolu keçib və şaxələnərək Müştəri Dəstək Xətti, Online Chat, Sosial Media ve Premium Dəstək Xətti olaraq müştərilərə müxtəlif növlü xidmətlər göstərir.

20 il ərzində Telefon Mərkəzi tərəfindən 50 milyondan artıq abunəçi müraciəti qəbul olunub. Azərbaycan telekommunikasiya bazarında liderliyini qoruyan, daim texnoloji yenilikləri tətbiq edən, bütün müasir xidmətləri abunəçiləri üçün mümkün edən "Azercell Telekom” MMC zamanın tələblərinə uyğun olaraq Müştəri Dəstək Xəttinin xidmət kanalları və növlərini hələ çox müasirləşdirmək və genişləndirmək niyyətindədir. Bununla da, müştəriyə xidmət mərkəzi bir virtual katib kimi müştərilərlə aktiv ünsiyyətdə olaraq, müraciətlərin daha da sürətli və rahat həllinə kömək göstərəcək.

Hər gün, hər saat, hər dəqiqə müştərilərin zənginə cavab verən Telefon Mərkəzi peşəkar komandadan ibarətdir. Bunu müştərilər arasında aparılan sorğular, qiymətləndirmə təşkilatlarının keçirdiyi araşdırmalar da təsdiq edir. Belə ki, 2018-ci ilin ilk 6 ayının nəticələrinə görə respondentlərin 93 faizi Telefon Mərkəzinin təqdim etdiyi xidmətlərdən razılığını bildirib. Bu zaman zəngə cavab verilməsi müddəti, operatorun müştəri ilə davranış tərzi, məlumatın qəbul edilməsi, problemlərin dərhal həll olunması kimi amillər də nəzərə alınıb.

"Azercell” 4,5 milyonluq abunəçi ailəsininin müraciətlərini araşdırıb həll edərkən ilk növbədə, məxfilik, düzgünlük, tərəfsizlik, operativlik və rahatlıq prinsiplərinə əsaslanır. Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən şirkət abunəçiləri tərəfindən irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdırır. Müştəri Xidmətləri və Telefon Mərkəzinin fəaliyyəti və keyfiyyəti mütəmadi olaraq beynəlxalq audit şirkətləri tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Qeyd edək ki, "Azercell”in Telefon Mərkəzi 2011-ci ildə EN 15838:2009 və 2018-ci ildə ISO18295 beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülüb.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video