23:21 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell Könüllüləri” və dostları uşaqların hədiyyə arzusunu yerinə yetirdi
ANA SƏHİFƏ / ELANLAR
03:06 30.12.2020


Qayğıya ehtiyacı olan Gəncə və Bərdə sakinlərinə, şəhid və qazi ailələrinin övladlarına bayram hədiyyələri çatdırıldı


Bu il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ilin gəlişini xalqımız xüsusi sevinc və fərəh hissi ilə qeyd edəcək. Bu bayramlara sevinmək isə hər bir azərbaycanlının, xüsusilə də uşaqlarımızın haqqıdır.

Məhz buna görə, "Azercell Könüllüləri” xeyriyyə təşkilatı ölkəmiz üçün sınaq və qürur dövrü olan son aylar ərzində həm böyük qəhrəmanlıq göstərmiş, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrin övladlarına xüsusi qayğı ilə yanaşaraq "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının təşkilati dəstəyilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkləri sevindirəcək bayram aksiyasına start verdi.

Xüsusi əhəmiyyət kəsb edən məqam lider mobil operatorun öz əməkdaşlarından ibarət "Azercell Könüllüləri” qrupunun sosial çağırışının bu dəfə hər kəs üçün açıq olması idi ki, bu da istər ölkə daxilində, istərsə də xaricdə yaşayan həmvətənlərimizin bu təşəbbüsə öz qatqısını verə bilməsi ilə nəticələndi. Bir aya yaxın müddət ərzində "Azercell Könüllüləri” qrupunun "Facebook” səhifəsi vasitəsilə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlı uşaqların, eləcə də Bakı və Gəncədə yerləşən "SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin siyahısı izləyicilərin ixtiyarına verildi. Hər bir uşağın Yeni ildə almaq istədiyi özəl hədiyyənin əks olunduğu siyahıdan bu təşəbbüsə qoşulmaq istəyən hər kəs istər arzu olunan hədiyyəni seçib almaqla, istərsə də səhifədə dərc edilən bank rekvizitləri vasitəsilə ianə etməklə öz dəstəyini göstərə bildi. Qeyd edək ki, "Azercell”in texniki tərəfdaşı olan "Ericsson” şirkətinin əməkdaşları da bu bayramqabağı xeyriyyə aksiyasının gerçəkləşməsində öz əhəmiyyətli qatqılarını əsirgəmədilər. Nəhayət, böyük qayğı ilə toplanılan bütün hədiyyələr 28 dekabr tarixdə "Azercell Könüllüləri” tərəfindən uşaqlara çatdırıldı.

Eyni zamanda, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarının da hədiyyə arzuları toplanılaraq Bakı və bölgələr üzrə yüzlərlə uşağın evinə bayram sevinci gətirdi.

"Azercell Könüllüləri” və "Facebook” vasitəsilə dəstək verən dostların bu sosial aksiyası nəticəsində ümumilikdə 500-dən artıq uşaq Yeni il arzusunun gerçəkliyini yaşadı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM