08:40 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell” diler şəbəkəsi üçün sertifikasiya proqramı keçirir

ANA SƏHİFƏ / ELANLAR
00:25 01.06.2021

 

Xidmət səviyyəsinin yüksəldilməsinə yönəlik xüsusi sertifikasiya prosesi ölkə bazarında ixtisaslı kadrların yetişdirilməsinə şərait yaradacaq

 

Abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat və operativ şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” istər ölkədə sosial təcrid şəraitinin tətbiq olunmasından əvvəl, istərsə də karantin şəraitində bütün mümkün platformalar üzərindən xidmət spektrini təmin etməyin öhdəsindən uğurla gəldi.

Eyni zamanda şirkət uzun illər Azərbaycanda müştəriyə xidmət mədəniyyəti sahəsində nümunəvi yanaşmanı qoruyub-saxlamaq məqsədilə əməkdaşların davamlı olaraq təlimatlandırılması kimi əhəmiyyətli məqamı da artıq onlayn formatda önə çəkdi. “Azercell”in yüksək sosial məsuliyyətli bir qurum olmasının daha bir göstəricisi isə yalnız öz əməkdaşlarının deyil, çalışdığı tərəfdaşların da işçilərinin bilik və bacarıqlarının artırılması təşəbbüsləridir. Bu baxımdan 2020-ci ilin fevralından başlayan Diler Sertifikasiya Proqramı “Azercell”in geniş diler şəbəkəsinin 300-dən artıq əməkdaşı üçün nəzərdə tutulub. 

Beynəlxalq səviyyəli rabitə təminatçılarının təcrübəsindən də faydalanaraq ölkədə ilk dəfə olaraq “Azercell Telekom” tərəfindən çoxsəviyyəli sertifikasiya proqramı tərtib olunaraq həyata keçirilməyə başladı ki, karantin şəraitində həmin təlimlər rahatlıqla onlayn formatda davam etdi. Həmin təlimlər “Azercell”in xidmət və məhsulları, sənədləşmə qaydaları, abunəçi əməliyyatları üçün müxtəlif proqram təminatlarının mənimsənilməsi, mobil şəbəkə texnologiyasının əsasları, informasiya təhlükəsizliyi qaydaları, müştəriyə xidmət bacarıqları, satış bacarıqları, onlayn satışın idarə edilməsi, eləcə də müzakirə aparmaq bacarıqları, stressin idarə edilməsi və vaxtın idarə edilməsi kimi müasir işgüzar mühitdə vacib olan sahələri əhatə edir. 

Ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər tərəfindən tanınan “Azercell” Akademiyası tərəfindən keçirilən proqramın əsas məqsədi şirkətin xidmət sahəsində keyfiyyət standartlarının bütün diler məntəqələrində tətbiqi, uyğun olaraq müştəri təcrübəsi və müştəri məmnuniyyətinin yüksəldilməsi, əmək bazarı üçün ixtisaslaşmış kadrların yetişdirilməsi, ölkədə gənc nəsil üçün iş imkanlarının genişləndirilməsidir. “Azercell”in Diler Sertifikasiya Proqramının digər üstünlüyü isə bütün müvafiq sahə işçilərinə ölkədə ilk dəfə QR kodlu və müddətli Nailiyyət Sertifikatinın təqdim edilməsidir.

“Azercell Telekom” bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu, eləcə də peşəkar kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM