05:42 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell Biznes” yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir!

ANA SƏHİFƏ / ELANLAR
00:21 29.04.2021

 

Lider mobil operator korporativ müştərilərinə yüksəksürətli mobil internet və limitsiz şirkətdaxili zənglər ilə yanaşı, rabitə xərclərinə xüsusi endirimlər və hədiyyə smartfonlardan yararlanmaq imkanı verir

 

Ölkədə biznes ekosisteminin inkişafına dəstək olmaq məqsədi ilə “Azercell Biznes” abunəçilərinə və yeni müştərilərinə yenilənmiş “Biznesim” tarif paketlərini təklif edir.

Əlçatan və sərbəst ünsiyyət üçün sərhədsiz imkanlar açan “Biznesim” tarifləri indi daha da müştəri yönümlüdür. Hər bir abunəçinin rabitə ehtiyaclarını qarşılamağı hədəfləyən bu tariflər ölkədəxili dəqiqələrdən, limitsiz korporativ zənglərdən və 4G yüksəksürətli mobil internetdən yararlanmaq üçün ən sərfəli şərtlər yaradır.

“Biznesim” tarif paketləri ilə yanaşı, “Azercell Biznes” öz korporativ müştərilərini yeni istifadəyə verilmiş “Biznesim Klubu”na dəvət edir. “Biznesim Klubu”nun üzvləri “Biznesim Loyallıq” proqramı ilə yanaşı, bir sıra digər üstünlüklərdən yararlana bilərlər. Belə ki, bu proqram çərçivəsində müştərilər rabitə xərclərinə endirimlər, hədiyyə telefonlar, “Azercell” Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər əldə edəcək.

“Azercell Telekom” MMC-nin Korporativ Seqment Biznes strukturunun B2B Məhsul Strategiyası və İdarə Edilməsi şöbəsinin rəhbəri  Nicat Əliyev bildirdi: “Ötən il ərzində bizim əsas missiyamız ən qabaqcıl və innovativ həllərimiz ilə müştərilərimizin rəqəmsal transformasiyasına dəstək olmaq idi. Pandemiya dövründə biznes seqmentinin rəqəmsal texnologiyalara uğurlu keçidini təmin etmək məqsədi ilə biz “Biznesim Veb” həllini, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketlərini yerli bazara gətirdik. Öz növbəsində, yenilənmiş “Biznesim” tarif planları abunəçilərimizi rahat, etibarlı, əlavə xərclər yaratmayan və təhlükəsiz kommunikasiya xidmətləri ilə təmin edir. Bu tarif planları sayəsində müştərilərimiz gündəlik kommunikasiya və rabitə ehtiyaclarının idarə olunmasına əlavə vaxt və resurslar sərf etməyəcək. Bu üstünlükdən faydalanaraq abunəçilərimiz bizneslərinin inkişafına daha çox diqqət ayırıb müştərilərinə yüksək xidmət göstərməyə davam edə biləcəklər. Mən inanıram ki, yeni “Biznesim” tarif planlarımız çərçivəsində müştərilərimiz ölkənin istənilən yerində effektiv və rahat fəaliyyət üstünlüyündən yararlanacaqlar”.  

“Biznesim” tarif paketləri və “Biznesim Klubu” barədə əlavə məlumatı https://www.azercell.com/az/corporate.html səhifəsində əldə edə bilərsiniz.

Əlavə  məlumat üçün “Azercell”in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM