Azərbaycanlı tələbələrin Ukraynada təhsil almaları üçün hüquqi baza sadələşdirilir
Ukraynanın xarici tələbələr üçün cəlbediciliyinin artırılması məsələlərinə ali səviyyədə - dövlət səviyyəsində diqqət yetirilir. Məsələn, “Böyük tikinti” dövlət proqramı çərçivəsində xarici tələbələr üçün yataqxanalar tikilməsi, Ukraynaya gəlmək üçün leqal icazə almaq prosedurunu xeyli sadələşdirən elektron viza sisteminin tətbiqi, xarici tələbələrin qəbulu sahəsində Vahid İdarələrarası Elektron Platforma vasitəsilə distant qəbul imkanları bu diqqətin nəticələridir.
Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri, Ali Radanın Təhsil, elm və innovasiyalar komitəsinin üzvü Valeri Kolyux AZƏRTAC-a bu barədə eksklüziv müsahibəsində məlumat verib.
Deputat vurğulayıb ki, Azərbaycan Ukraynada təhsil alan əcnəbi tələbələrin sayına görə Türkmənistan, Mərakeş və Hindistandan sonra dördüncü yeri tutur. V.Kolyux deyib: “Ümidvaram ki, azərbaycanlı tələbələrin sayı artacaq, çünki koronavirus pandemiyası, sərhədlərin bağlanması, təəssüf ki, Ukraynada təhsil almaq imkanlarına da neqativ təsir göstərib”.
Ukraynalı deputat daha sonra deyib: “Ukrayna təhsilin keyfiyyəti və təhsil haqqı arasında optimal nisbətin, habelə Ukrayna dilini öyrənmək üçün yaxşı şəraitin əla nümunəsidir. Ali Radanın Təhsil, elm və innovasiyalar komitəsində hazırlanmış qanun layihəsi əcnəbilərdən ibarət ayrı-ayrı tələbə qruplarında tədrisin həmin tələbələr üçün daha aydın olan dildə aparılmasına imkan verəcək. Ukrayna ümid edir ki, bu qərar, xüsusən azərbaycanlı tələbələr üçün ölkəmizdə təhsil almağın daha cəlbedici olmasına imkan verəcək”.
Qeyd edək ki, 2014-cü ildən sonra Ukraynada əcnəbi tələbələrin sayı durmadan artır. 2014-cü ildə belə tələbələrin sayı 63.172 nəfər idisə, 2020-ci ildə Ukraynada dünyanın 155 ölkəsindən 76.548 tələbə təhsil alırdı.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
HƏMAS lideri İranın Baş Qərargah rəisi ilə görüşüb
29 Mart
Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq
29 Mart
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
29 Mart
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!