01 Sentyabr 2021 17:46
863
SİYASƏT
A- A+

Azərbaycanlı kursantlar Türkiyənin Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərindən məzun olublar

 

Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin İstanbulda keçirilən buraxılış mərasimində Azərbaycan da təmsil olunub.

Azərbaycanın Ankaradakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, müxtəlif qoşun növlərinin komandanları, ölkədə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və digər yüksək rütbəli dövlət və hökumət nümayəndələri qatılıblar.

Mərasimdə Azərbaycanı Silahlı Qüvvələrin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov təmsil edib.

Hər il olduğu kimi, bu il də məzun zabitlər arasında Azərbaycan Ordusunun hərbi qulluqçuları da yer alıblar.

Hərbi attaşe Müşfiq Məmmədov azərbaycanlı məzunlarla görüşüb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Yalova vilayətində Milli Müdafiə Universitetinin Miçman İxtisaslaşdırma Məktəbinin 131-ci buraxılış mərasimi keçirilib. Məktəbin 131-ci buraxılışının məzunları arasında azərbaycanlı miçman da olub.

Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov həmin mərasimdə də iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video