16:30 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanlı alimlər günəş enerjisindən istifadə sahəsində yeni ixtira edib
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:40 07.07.2020
 
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və innovasiyalar üzrə rəis müavini professor Ramiz Hümbətovun və Bakı Mühəndislər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazovun müəllifləri olduğu "Günəş panellərinin vəziyyəti ikimövqeli idarə olunan günəş enerjisini elektrik enerjisinə çevirən qurğu” ixtiraya Azərbaycan Respublikasının patenti verilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, qurğu yerləşdiyi coğrafi məkandan və ilin mövsümündən asılı olmayaraq işıqlı gün ərzində daim günəş panellərindən maksimal mümkün olan enerji əldə etməyə imkan verir. Belə effekt bilavasitə günəş panellərindən alınan enerjinin qiymətindən asılı olaraq panellərin vəziyyətini iki biri-birinə perpendikulyar üfüqi ox ətrafında dəyişdirməklə günəş şüalarının panellərin səthinə daim düz bucaq altında düşməsinin təmin olunması hesabına əldə edilir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM