11:35 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanlı alim Sankt-Peterburqda keçirilən elmi konfransda və sərgidə iştirak edib

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:25 21.05.2021

 

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Artilleriya, mühəndis və rabitə qoşunları hərbi-tarix muzeyində 12-14 may 2021-ci il tarixində keçirilən X yubiley beynəlxalq elmi-praktiki konfransda “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi sədrinin birinci müavini, İCOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov iştirak etmişdir.

Azərbaycanlı alim “Xanlıq dövründə dövlətçilik atributlarında islam rəmzləri” adlı məruzəsində, xanlıqların dövlət qurumu kimi yaranmasını və ictimai-siyasi fəaliyyətində dövlətçilik atributlarına malik olmasını bildirmişdir. Azərbaycanın qədim şəhərləri olan Gəncə, Naxçıvan, Bakı və Şəki xanlıqlarının dövlət və döyüş bayraqlarında təsvir edilmiş rəmzlərdə və ərəbdilli yazılarında islam mədəniyyətinin izləri haqqında təqdimat keçirilmişdir. P.Gözəlov rəsmi qonaqlara Azərbaycanın dövlətçilik tarixinə aid kitablarını, “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixində mənbə kimi” (rus dilində) və “Naxçıvan xanlığına məxsus üç bayraq” (ingilis dilində) təqdim etmişdir.           

Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, sözügedən Artilleriya Hərbi-Tarix, Mühəndis və Rabitə Qoşunları Muzeyinin fondlarından P.Gözəlov doktorluq dissertasiyasının mövzusu çərçivəsində 2015-ci ildə Azərbaycanın dövlətçilik tarixini əyani olaraq sübut edən Naxçıvan xanlığının dövlət, döyüş və müttəfiq bayraqları aşkar edib və hazırda bayraqlardan ikisi Naxçıvan şəhərindəki Dövlət Bayraq Muzeyində və Xan sarayında Tarix Muzeyində, biri isə Bakı şəhərində Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunur.

P.Gözəlov Qarabağ xanlığının bir dövlət qurumu kimi fəaliyyətində ermənilərin heç bir iştirakının olmamasını təsdiq edən rəsmi məlumatları tədbir iştirakçılarına çatdıraraq bildirmişdir ki, hətta Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə daxil olduqdan sonra da xanlığa köklü Azərbaycan xanlarının nəslindən nümayəndə təyin olunmuş və Qarabağ xanlığında İbrahimxəlil xanın oğlu Mehdiqulu xanın hakimiyyəti Rusiya İmperatoru tərəfindən təsdiq edilmişdir. Konfransda 27 sentyabr 2020-ci il tarixində, cəbhə bölgəsində Ermənistanın təxribatına cavab olaraq dünya hərb tarixində ilk dəfə 28 il ərzində işğal altında qalmış Azərbaycan torpaqlarının Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli və taktiki addımları nəticəsində azad edilməsi və 44 günlük Vətən müharibəsi haqqında beynəlxalq konfrans iştirakçılarına geniş məlumat verilmişdir.

Pərvin Gözəlov həmçinin Rusiyanın mədəni həyatında böyük əhəmiyyət kəsb edən sərkərdə, müqəddəs Aleksandr Nevskinin 800 illiyinə həsr edilmiş sərginin təntənəli açılış mərasimində iştirak etmişdir.

Sankt-Peterburq şəhərindəki Artilleriya mühəndis və rabitə qoşunları hərbi-tarix muzeyinin direktoru tərəfindən Pərvin Gözəlov “Muharibə və silah: yeni tədqiqatlar və materiallar” beynəlxalq praktiki konfranslarında çoxillik fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilmişdir.

 

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM