08 Oktyabr 2014 08:10
437
Elm və texnika
A- A+

Azərbaycanlı alim İtaliyada keçirilmiş konqresin bölmə iclasına sədrlik edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə İtaliyanın Milan şəhərində keçirilmiş 64-cü Fenomenologiya Konqresində iştirak edib.

İnstitutdan AzərTAc-a bildiriblər ki, ABŞ-ın Dünya Fenomenologiya İnstitutu ilə İtaliyanın Fenomenologiya və Həyat Elmləri Beynəlxalq Cəmiyyətinin birgə təşkil etdikləri tədbirdə “Eko-fenomenologiya: həyat, insan həyatı, kainatın harmoniyasında insanın sonrakı həyatı” (“Eco-Phenomenology: Life, Human Life, Post-Human Life in the Harmony of the Cosmos”) mövzusu üzrə müzakirələr aparılıb.
Konqresdə Könül Bünyadzadə “Mən–ilahi nurlanma və sosial reallığın kəsişmə nöqtəsi” mövzusunda məruzə edib.
Azərbaycanlı alim tədbirin “Can, bədən, təcəssüm– zaman və məkan” bölmə iclasına sədrlik edib.
Konqresdə, eyni zamanda, Dünya Fenomenologiya İnstitutunun “Springer” nəşriyyatında çap olunan illik məcmuəsi- “Analecta Husserliana”nın yeni rəhbərliyi müəyyənləşdirilib. Azərbaycanlı alimlər-AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov və Könül Bünyadzadə məcmuənin redaksiya şurasına üzv seçiliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video