04 Mart 2021 00:33
853
İQTİSADİYYAT
A- A+

Azərbaycanla İsrailin enerji sistemləri arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub

 

“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin görüşü olub.

Görüşdə İsraillə Azərbaycanın enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb.

İsrailin Azərbaycandakı səfirinin 44 günlük Vətən müharibəsi zamanı, daha dəqiq desək, ötən ilin 23 oktyabr tarixində erməni terrorçuları tərəfindən atılan raketlərin  fəsadları ilə tanış olmaq məqsədi ilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan İES”də olması görüş zamanı xüsusi xatırlanıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video