11:31 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanla Belarusun şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:08 13.04.2021

 

Aprelin 13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının arxitektura və tikinti naziri Ruslan Parxamoviçlə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, A.Quliyev ölkələr arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb, eyni zamanda, şəhərsalma və tikinti sahəsində ikitərəfli və çoxtərəfli formatlarda mütəxəssislər səviyyəsində daim təcrübə mübadiləsinin aparıldığından məmnunluğunu ifadə edib. Daha sonra komitə sədri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan təcavüzkarlarına qarşı aparılmış uğurlu antiterror və sülhə məcburetmə əməliyyatı nəticəsində Azərbaycanın uzunmüddətli işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması məqsədilə görülən işlər, komitənin ümumi fəaliyyəti və şəhərsalma sahəsində aparılan islahatlar barədə belaruslu həmkarını məlumatlandırıb.

R.Parxamoviç ölkəmizlə qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykənən ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Belarus Respublikasının Şəhərsalma və Tikinti Nazirliyinin fəaliyyəti haqqında geniş məlumat verən nazir Azərbaycana Qarabağ regionunda aparılacaq tikinti-quruculuq işləri ilə əlaqədar dəstək göstərməyə, ölkəsinin layihəçilərinin və tikintinin təşkili üzrə ekspertlərinin şəhərsalma proseslərində iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyi arasında şəhərsalmanın planlaşdırılması, habelə layihələndirmə və tikintidə müasir informasiya texnologiyalarının tətbiqi sahələrində perspektiv əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələr və mümkün birgə layihələr müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM