11:57 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanla Belarus arasında qida məhsullarının idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan nəzarət tədbirləri müzakirə olunub
 
ANA SƏHİFƏ / SİYASƏT
19:03 13.04.2021

 

Aprelin 13-də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviçlə görüşüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən Qoşqar Təhməzli son dövrlərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və inkişafı sahəsində həyata keçirilən tədbirlər və qəbul olunmuş qərarlar barədə qonaqlara ətraflı məlumat verib.

Agentlik sədri ölkəmizdə heyvan sağlamlığının təmin olunması, baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili və heyvanların identifikasiyası sisteminin qurulması ilə əlaqədar görülən tədbirlərdən danışaraq qeyd edib ki, heyvan sağlamlığının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, baytarlıq dərmanlarının istehsalında Belarus Respublikasının təcrübəsinin öyrənilməsi, həmçinin qida təhlükəsizliyi sahəsində informasiya sistemlərinin inteqrasiyası iki ölkə arasında münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.

Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və heyvan sağlamlığı, baytarlıq dərmanları, yem və yem əlavələrinin tədqiqi və qeydiyyatı, o cümlədən elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycanla Belarus arasında qida məhsullarının idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan nəzarət tədbirləri müzakirə olunub. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya sahəsində Belarus Respublikasının ixtisaslaşmış universitetləri ilə birgə təlim və seminarların təşkilinə dair fikir mübadiləsi aparılıb.

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç AQTA sədri Qoşqar Təhməzlini bu il iyunun 1-dən 5-dək keçiriləcək "Belagro" sərgisinə dəvət edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM