23 Sentyabr 2021 22:33
653
SİYASƏT
A- A+

Azərbaycanın xarici işlər naziri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb  

 

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.

Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edilib.

Nazir Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğu yüksək qiymətləndirilib.

Baş katib Azərbaycanın keçmiş münaqişə ilə bağlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə 2021-2025-ci illər üzrə Fəaliyyət Planının işlənib hazırlanması, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video