06 Fevral 2020 14:39
2933
Qəbullar
A- A+

Azərbaycanın regional mərkəz seçilməsi ölkəmizdə həyata keçirilən inkişaf proseslərinə verilən yüksək qiymətdir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da "Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri qəbul edib.

AZƏRTACxəbər verir ki, görüşdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Stadler Rail AG” şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, bu şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulandı.

Söhbət zamanı Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilərək, Azərbaycanın "Stadler Rail AG” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirildi.

Görüşdə, həmçinin Azərbaycanın Davos Dünya İqtisadi Forumu ilə fəal əməkdaşlığına toxunuldu, Prezident İlham Əliyevlə Davos Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Azərbaycanda yaradılması haqqında niyyət protokolunun imzalanmasının önəmi qeyd edildi. Məhz Azərbaycanın regional mərkəz seçilməsi Forum tərəfindən ölkəmizdə həyata keçirilən inkişaf proseslərinə verilən qiymət kimi dəyərləndirildi. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Davos Dünya İqtisadi Forumunun dəmir yollarının keyfiyyəti ilə bağlı reytinqində dəmir yolu xidmətlərinin səmərəliliyinə görə ölkəmizi dünyada 11-ci yerə layiq gördüyü vurğulandı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video