23:17 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
ANA SƏHİFƏ / SİYASƏT
10:58 07.03.2021

 

Martın 5-də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində təşkilatın Əlaqələndirici Bürosu bütün ölkələrin COVID-19 peyvəndinə əlverişli şərtlərlə, zamanında, bərabər və universal çıxışının təmin olunması barədə kommünike sənədini yekdilliklə qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, kommünikedə Qoşulmama Hərəkatına üzv ölkələr beynəlxalq gündəmin ən vacib məsələlərindən olan COVID-19 peyvəndinə dövlətlərin bərabər və ədalətli çıxışının təmin edilməsi məsələsinə, bu xüsusda inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasındakı qeyri-bərabərliyə diqqət yönəldiblər.

Qoşulmama Hərəkatının üzvləri COVID-19-un sürətlə yayılmasının davam etməsi ilə bağlı dünyada dövlətlər arasında qeyri-bərabərliyin dərinləşməsindən, yoxsulluğun artmasından ciddi narahatlıqlarını ifadə edərək, pandemiyanın təsirlərini cavablandırmaq üçün qlobal səylərin gücləndirilməsində təşkilatın oynadığı önəmli rolu vurğulayıblar.

COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Kontakt Qrupunun yaradılması və 2020-ci il mayın 4-də Zirvə görüşünün keçirilməsi, habelə sammitin qərarı əsasında üzv ölkələrin tibbi və humanitar ehtiyaclarına dair məlumat bazasının yaradılması və təşkilatın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi qlobal təhdidlərin cavablandırılması üçün çoxtərəfliliyin gücləndirilməsinə Qoşulmama Hərəkatının dəyərli töhfəsi kimi qeyd edilib.

Büro üzvləri COVID-19 əleyhinə peyvəndlərin yüksək gəlirli və az gəlirli ölkələr arasında paylaşılmasında qeyri-bərabərliyin olmasından ciddi narahatlıq ifadə ediblər. Belə ki, peyvənd başlanılandan bütün peyvəndlərin 90 faizi əksəriyyəti yüksək və orta gəlirli ölkələrdə cəmləşmiş, az gəlirli ölkələr isə peyvəndə çıxış əldə etməkdə geri qalırlar. Bununla əlaqədar olaraq, Büro inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əlverişli şərtlərlə, bərabər və ədalətli şəkildə peyvəndlə təmin olunmasına çağırıb.

Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu, həmçinin bütün beynəlxalq təşkilatları və aidiyyəti tərəfləri peyvəndlərin istehsalı, paylanması və ədalətli şəkildə qiymətləndirilməsində şəffaflığı təmin etməyə çağırıb.

Əlaqələndirici Büronun kommünike sənədini qəbul etməsi hazırda dünyanın üzləşdiyi ağır pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin önəmli töhfəsidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM