06:48 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:50 15.04.2021

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətini başa çatdırmış Türkiyə səfiri Erkan Özoralla görüşüb. İqtisadiyyat naziri səfirin Azərbaycanda səmərəli fəaliyyətini vurğulayıb, gələcək işlərində uğurlar arzulayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və bu gün ən yüksək zirvəsinə çatdığını vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir. Qeyd edilib ki, dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir.

İqtisadiyyat naziri işğaldan azad olunmuş ərazilərimizin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən Erkan Özoral ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, Azərbaycanın Vətən müharibəsi apardığı və tarixi Zəfər qazandığı müddətdə Türkiyənin ölkəmizdəki səfiri olmasından qürur duyduğunu ifadə edib, diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM