11:11 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın qədim xalq musiqi aləti balaban UNESCO-nun siyahısına daxil edilmək üçün təqdim edilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
18:47 01.04.2021

 

Sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfə verən Azərbaycan ümumdünya mədəni irsini də zənginləşdirir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən dayanıqlı təməl üzərində qurulmuş Azərbaycan-UNESCO münasibətləri daha da möhkəmlənir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Xarici İşlər nazirlikləri, UNESCO yanında Azərbaycan Respublikasının daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən qədim xalq musiqi alətimiz balabanın ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayl hazırlanıb.

Azərbaycan və Türkiyənin birgə hazırladıqları “Balaban sənətkarlığı və ifaçılıq sənəti” adlı çoxmillətli nominasiya faylı Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahıya daxil edilməsi üçün UNESCO Katibliyinə təqdim edilib.

Azərbaycan koordinator olduğu üçün nominasiya faylı UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən qurumun katibliyinə təqdim olunub. Nominasiya faylı 2022-ci ildə Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 17-ci sessiyası zamanı Komitə üzvləri tərəfindən nəzərdən keçiriləcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM