07 Iyul 2021 22:57
763
Mədəniyyət
A- A+

Azərbaycanın mədəniyyət naziri Tbilisi Dövlət Peşəkar Dram Teatrının kollektivi ilə görüşüb

 

Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına baş çəkib.

AZƏRTAC xəbər verir ki, nazir mədəniyyət ocağının yerləşdiyi binanın vəziyyəti və fəaliyyəti ilə tanış olub.

Teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib ki, ümumi ərazisi 814 kvadratmetr olan bina teatr üçün yararsızdır. Binada yalnız məşqlər keçirilir, tamaşalar isə icarə əsasında Gürcüstanın digər dövlət teatrlarının səhnələrində nümayiş etdirilir.

Bədii rəhbər kollektivin il ərzində 3-4 tamaşanı səhnələşdirdiyini, beynəlxalq teatr festivallarına qatıldıqlarını, mədəniyyət ocağına teatr sənətinə həvəsi olan azərbaycanlı gənclərin cəlb olunduğunu qeyd edib.

A.Kərimov teatrın səhnələrinə, rekvizitlərin saxlanıldığı otaqlara baxış keçirib, truppa üzvləri ilə görüşüb.

Qonaqlara teatrın kiçik səhnəsində Əziz Nesinin “Öldür məni sevgilim” əsəri əsasında hazırlanmaqda olan tamaşadan bir hissə təqdim olunub.

Nümayəndə heyəti daha sonra teatr üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin binası yaxınlığında, Qorgosali küçəsində Azərbaycan teatrı üçün yeni binanın inşa olunacağı əraziyə baş çəkib. Nazir “Socar Energy Georgia” şirkətinin dəstəyi ilə hazırlanan yeni tikilinin layihəsi ilə tanış olub.

Məlumat verilib ki, inşaat işləri zamanı ərazidə yerləşən köhnə hamam binası da tarixi görkəminə uyğun bərpa olunacaq və məkanda sərgi zalları yaradılacaq.

Daha sonra nazir Anar Kərimov və səfir Faiq Quliyev dahi bəstəkar və müğənni, Xalq artisti Bülbülün büstünü ziyarət edib, gül dəstələri düzüblər.

A.Kərimovu Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və “Socar Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov müşayiət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video