18 Oktyabr 2011 03:10
351
SİYASƏT
A- A+

Azərbaycanın İordaniyadakı səfirliyi 45-ci Xeyriyyə Bazarında iştirak etmişdir

 

İordaniyanın paytaxtı Əmmanda Şahzadə Basma bint Talalın himayədarlığı ilə 45-ci Xeyriyyə Bazarı keçirilmişdir.

Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, xeyriyyə bazarında İordaniyada akkreditə olunmuş 60-dək səfirlik və diplomatik nümayəndəliyinin, habelə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər. Bazardan əldə edilən vəsait "Umm Hüseyn" Xeyriyyə Fondunun büdcəsinə köçürülmüşdür.

Azərbaycanın İordaniyadakı səfirliyi hər il olduğu kimi, bu dəfə də bazarda milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli geyimlərimizi, musiqi alətlərimizi nümayiş etdirmişdir.

Azərbaycan guşəsi Şahzadə Basma bint Talalın böyük marağına səbəb olmuşdur. Şahzadə hətta milli geyimlərimizin nümunələrindən bəzilərini və İordaniyada ölkəmiz haqqında nəşr olunan kitabı da almışdır.

İordaniyanın nüfuzlu "Əl-Düstur", "Əl-Ray", "Əl-Diyar", "Jordan Times" qəzetləri birinci səhifələrində Şahzadənin məhz Azərbaycan guşəsi ilə tanışlığı zamanı çəkilən fotolarını yerləşdirmişlər. Bu halın özü Kral ailəsinin, xüsusilə də Şahzadənin ölkəmizə göstərdiyi ehtiramın təzahürüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video