30 Aprel 2021 17:13
804
Elm və texnika
A- A+

Azərbaycanın ilk antivirus proqramı təqdim olunub

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi zərərvericilərin analizi üçün hazırlanan tətbiqin ilkin beta versiyasını təqdim edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Microsoft” tərəfindən tətbiqin legitimliyi üçün sertifikat əldə edilib və proqram təminatına inteqrasiya olunub.

Hazırda 3 dildə (Azərbaycan, ingilis, rus), 1 milyonluq (məhdudlaşdırılmış) zərərverici imza bazası ilə təchiz olunmuş beta versiyaya, şübhəli faylların analizi üçün onların Mərkəzinin “Malware Lab”ına təqdim olunması və “cert.gov.az” informasiya resursunda dərc olunan xəbər və məqalələrin istifadəçilərə xəbərdarlıq kimi göstərilməsi funksiyaları da əlavə edilib.

Test buraxılışının məqsədi real istifadəçilərin bu proqram təminatının müsbət və mənfi tərəflərinin eləcə də funksional imkanlarının dəyərləndirilməsi, həmçinin sisteminin davamlılıq və sair kimi texniki performansının ölçülməsidir. Beta-versiyasının istifadəsindən əldə ediləcək məlumatlar, istifadəçi dəyərləndirmələri (feedback) layihənin inkişaf etdirilməsi və gələcəyini proqnozlaşdırmaqda Mərkəzə yardımçı olacaq.

Qeyd olunub ki, layihənin pro versiyasında yanaşma beta versiyasından fərqli olaraq “cloud base” hazırlanması nəzərdə tutulub. Belə yanaşma günü gündən artan zərərverici imza bazasının və bir sıra analiz imkanlarının kompüterlərə yüklənməsindən və kompüter performansını azaltmasından qurtulmaq, eyni zamanda, analizlərdə bulud əsaslı süni intellektin tətbiqi üçün nəzərdə tutulub. Proqramın beta versiyasını mərkəzin rəsmi səhifəsindən yükləmək olar.

Qeyd edək ki, bu, Azərbaycanın ilk antivirus proqramıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video