19:02 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın haqq çağırışı eşidildi

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:51 15.06.2021

 

G7 dövlətləri yoxsul ölkərə 2 milyard doz vaksin ayıracaq

 

Məlum olduğu kimi, dünyanı bürümüş ölümcül təhlükəli COVID-19 virusuna qarşı müxtəlif ölkələrdə hazırlanan peyvəndlərin dövlətlər arasında bölüşdürülməsində baş verən haqsızlıqla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan çağırışlar etmişdir. Azərbaycan lideri inkişaf etmiş zəngin ölkələri vaksinin iki-üç qat ehtiyatını yığmamağa, əksinə, hazırda hər an ölüm təhlükəsi ilə üzləşən yoxsul və inkişaf etməkdə olan ölkələrlə bölüşməyə çağırmışdır.

Nəhayət, Azərbaycanın haqq səsi dünyada eşidildi. Koronavirusa qarşı vaksinlər Covax beynəlxalq mexanizm kanalları ilə ehtiyacı olan bütün ölkələrə paylanılacaq. Britaniyanın Kornuoll Qraflığında keçirilmiş “Böyük yeddilik” (G7) dövlətləri sammitinin yekun sənədində bildirilir ki, ilk növbədə yoxsul ölkələrə 2 milyard doz peyvənd ayrılacaq. Peyvəndlərin əksər hissəsini Avropa İttifaqı ölkələri maliyyələşdirəcək.

Sənəddə qeyd olunur ki, təkcə fevral ayı

ndan bəri 1 milyard doz antikoronavirus vaksininin maliyyələşdirilməsi, yaxud paylanması barədə vədlər alınmışdır. Bu rəqəmə ABŞ-ın 2021-2022-ci illər üçün vəd etdiyi 500 milyona yaxın peyvənd dozu və Böyük Britaniyanın ayırdığı 100 milyon doza daxildir. Avropa İttifaqından fərqli olaraq ABŞ məhz indi antikoronavirus vaksinlərinin ixracına icazə vermişdir.

Covax vasitəsi ilə maliyyələşdirilmiş dozların əksəriyyəti indi alınmalı və ehtiyac olan ölkələrə göndərilməlidir. Yaxın aylarda rəqəmləri daha da artırmaq üçün özəl sektorla, G20 ölkələri və digər dövlətlərlə danışıqlar aparılır. “Böyük yeddilik” ölkələrində isə cari ilin sonunadək ixrac üçün daha 700 milyon doz vaksin istehsal ediləcək. Bunların yarısı G7-yə daxil olmayan ölkələr üçün nəzərdə tutulmuşdur.

Bu arada antikoronavirus vaksini istehsal edən Johnson&Johnson şirkərinin Baltimordakı zavodunda baş vermiş səhv üzündən preparatın milyonlarla dozu məhv edilməlidir. ABŞ-ın FDA sanitar idarəsinin məlumatına görə, hərəsində bir neçə milyon doz olan partiyalar artıq istifadə üçün yararsızdır. “Nyu York Times” qəzeti xəbər verir ki, söhbət 60 milyon peyvənd dozundan gedir. Bildirilir ki, Merilend ştatının Baltimor şəhərindəki zavodda Johnson&Johnson üçün vaksin hazırlayan “Emergent BioSolutions” şirkəti aprel ayında FDA-nın sərəncamına əsasən istehsalı dayandırmışdır. Belə ki, Johnson&Johnson-un komponentləri “AstraZeneca” vaksininin komponentləri ilə dəyişik düşmüşdür. Hazırda FDA AstraZeneca-nın 60 milyon dozunu yoxlayır. Artıq onlardan 10 milyonu istifadəyə yararlı hesab olunmuşdur.

ABŞ-dan sonra Baltimorda istehsal olunmuş Johnson&Johnson-un 300 min doz vaksinindən Kanada da imtina etmişdir. Bununla bağlı ölkənin Səhiyyə Nazirliyi bildirir ki, yaranmış təhlükə ilə əlaqədar adıçəkilən vaksinlər kanadalıların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə istifadə olunmayacaq.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM