18 Oktyabr 2011 03:10
350
SİYASƏT
A- A+

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü İSESCO-nun daimi qərargahında qeyd edilmişdir

 

Oktyabrın 17-də İSESCO-nun Mərakeşin paytaxtı Rabat şəhərindəki daimi qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin ikinci toplantısı öz işinə başlamışdır.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, iki gün davam edəcək tədbirin açılışında İSESCO-ya üzv dövlətlərin nümayəndələri, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi xanım L.Axərbaş, digər rəsmi şəxslər, İƏT-ə üzv dövlətlərin Rabatdakı səfirləri və mətbuat nümayəndələri iştirak etmişlər.  

Toplantında çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyalararası dialoqun  müasir dövrdə beynəlxalq təhlükəsizliyin və sülhün gücləndirilməsi, yeni humanist beynəlxalq sistemin yaradılması baxımından əhəmiyyətini vurğulamışdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyini toplantı iştirakçılarının diqqətinə çatdıran İSESCO-nun baş direktoru bu münasibətlə təşkilatın daimi qərargahının foyesində ölkəmizin Rabatdakı səfirliyi tərəfindən fotosərginin təşkil edildiyini bildirmişdir. Əbdüləziz bin Osman əl-Tüveycri daimi qərargahın yüksək tribunasından Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etmiş, xoş arzularını bildirmişdir. 

Əbdüləziz bin Osman əl-Tüveycri BMT Təhlükəsizlik Şurasında ölkəmizin 2012-2013-cü illərdə qeyri-daimi üzvlük üçün namizədliyinin İSESCO və İƏT-ə üzv dövlətlər tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirmişdir.

Sonra müasir Bakı haqqında film nümayiş etdirilmişdir.

Daha sonra Əbdüləziz bin Osman əl-Tüveycri, xanım L.Axərbaş və Azərbaycanın Mərakeşdəki səfiri S.Ağabəyov İSESCO-nun daimi qərargahının foyesindəki fotosərginin lentini kəsərək, iştirakçıları ölkəmiz haqqında iri ölçülü rəngli fotolara baxmağa dəvət etmişlər. Tədbir iştirakçıları Azərbaycan nemətləri ilə bəzədilmiş şirniyyat süfrəsinə də qonaq olmuşlar.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarının marağına səbəb olmuşdur.

Qeyd edək ki, Mərakeşin ərəbdilli "əl-Aləm" və fransızdilli "La pnion" qəzetlərində səfir S.Ağabəyovun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar geniş müsahibələri də dərc olunmuşdu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video