14:28 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Çinin nümayəndə heyəti ilə görüşüb
ANA SƏHİFƏ / BIRINCI VITSE-PREZIDENT
05:08 31.08.2018

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 31-də Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonağın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Li Syaolinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri kimi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə yönələn fəaliyyətinə görə ona təşəkkürünü bildirdi. Birinci vitse-prezident Çinlə Azərbaycan arasında münasibətlərin dostluq və tərəfdaşlıq üzərində qurulduğunu, qarşılıqlı hörmətə əsaslandığını vurğuladı. Mehriban Əliyeva iki ölkənin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini bildirdi, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirən Mehriban Əliyeva ötən il iki qurum arasında dostluq və əməkdaşlıq Memorandumunun imzalandığını və bu istiqamətdə artıq işlərin başlandığını diqqətə çatdırdı.

“Bu il Çində yaradılan yay düşərgəsini Azərbaycandan olan uşaqlar da ziyarət etdilər, Çində Azərbaycan mədəniyyət günləri, o cümlədən Azərbaycan sərgiləri təşkil edildi”, - deyən Mehriban Əliyeva gələcək əməkdaşlıq üçün böyük potensialın olduğuna əminliyini ifadə etdi. Birinci vitse-prezident Çinin dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu qeyd etdi və bu sahədə birgə fəaliyyət üçün yaxşı imkanların olduğunu söylədi. Nəqliyyat sahəsində mövcud olan geniş potensialı qeyd edən Mehriban Əliyeva Azərbaycanın artıq iri mərkəzə çevrildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə Asiyaya ən qısa yolun çəkildiyini bildirdi. Həm Azərbaycanın, həm də Çinin tarixən Böyük İpək Yolu üstündə yerləşdiyini və bunun əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını vurğuladı. Bu yaxınlarda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə təqdim etdiyini, bu ilin may ayında təşkilatın mənzil-qərargahında Azərbaycan mədəniyyət günlərinin uğurla keçirildiyini xatırladan Birinci vitse-prezident ölkəmizə dəstəyə və göstərilən yüksək münasibətə görə təşəkkürünü çatdırdı. Mehriban Əliyeva Azərbaycanla Çin arasında dostluq körpülərinin yaradıldığını və Li Syaolinin səfərinin yeni tərəfdaşlıq münasibətlərinin qurulmasına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin Mehriban Əliyeva ilə görüşündən şərəf hissi duyduğunu deyərək, bu görüşün gələcək əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi. İlk dəfədir Azərbaycana səfər etdiyini deyən qonaq paytaxtımızın onda dərin təəssürat yaratdığını, Heydər Əliyev Mərkəzi və oradakı sərgilərlə tanışlıqdan məmnunluğunu ifadə etdi. Qonaq Heydər Əliyev Fondu ilə əməkdaşlığa görə təşəkkürünü bildirdi.

Görüşün sonunda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlara xatirə hədiyyəsi təqdim etdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM