12 Iyun 2021 00:42
1006
İDMAN
A- A+

Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançıların vaksinasiyasına başlanıb

 

Azərbaycanı “Tokio-2020” Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və heyət üzvlərinin COVID-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk peyvənd komitənin vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub.

Vaksinasiya prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyətinin üzvləri cəlb olunublar.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə bildirib ki, vaksin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaqlar. Hazırda təlim-məşq toplanışında olan Olimpiya komandasının üzvləri də mərhələli şəkildə “Tokio-2020”dək peyvənd ediləcəklər. İştirakçı ölkələrdə başlayan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, Atletlər kəndində məskunlaşacaq, Tokio Olimpiya və Paralimpiya oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayana qədər vaksinasiya olunacaq.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə keçirilib. Nəticədə Tokioda Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video