15 Iyul 2021 01:47
3236
İDMAN
A- A+

Azərbaycanı “Tokio-2020” Yay Olimpiya Oyunlarında 44 idmançı təmsil edəcək

 

Tokio Olimpiadasına 44 idmançımız vəsiqə qazanıb. Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Qabil Mehdiyev məlumat verib. Onun dediyinə görə, yarışa sonuncu lisenziyanı üzgüçü Məryəm Şeyxəlizadə Xanqan qazanıb. Artıq Beynəlxalq Olimpiya Komitəsi idmançının lisenziyasını təsdiqləyib.

Atlet Aleksis Kopello, üzgüçü Ramil Vəlizadə və ağırlıqqaldıran Əliş Nəzərov isə oyunlardan kənarda qalıblar. Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə A.Kopellonun lisenziyasının beynəlxalq federasiya tərəfindən təsdiqləndiyi halda onun zədə səbəbindən olimpiadaya getməkdən imtina etdiyini bildirib. Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı isə deyib ki, R.Vəlizadə reytinq xallarına görə lisenziya əldə edə bilməyib.

Əliş Nəzərova gəlincə, əslində, daha əvvəl idmançının 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən lisenziya qazandığı açıqlanmışdı. Lakin yekun siyahıda onun da adı yoxdur. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyev deyib ki, onlara son anadək Ə.Nəzərovun Tokio Olimpiadasına lisenziya əldə etməsi ilə bağlı hər hansı məlumat daxil olmayıb: “Düzdür, şansı var idi. Ola bilərdi ki, özündən yuxarıda qərarlaşan idmançılardan kimlərinsə dopinq-testi müsbət nəticə versin. Amma rəsmi məktub gəlmədiyindən açıqlama vermirdik. Artıq yekun siyahını açıqlayıblar. Göründüyü kimi, orada idmançımızın adı yoxdur”.

Qeyd edək ki, Azərbaycanın “Tokio-2020”yə qazandığı vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çöxnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şose velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vald-kart) növlərində qazanılıb. Həmin vəsiqələrin sahiblərini təqdim edirik:

1. Anna Skidan (Atletika - çəkicatma)

2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)

3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)

4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)

5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)

6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)

7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)

8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)

9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)

10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)

11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)

12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)

13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)

14. Elçin Əsədov (Velosiped idmanı - şose)

15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)

16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)

17. Tayfur Əliyev (Boks - 57 kq)

18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)

19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)

20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)

21. Anna Başta (Qılıncoynatma - sablya)

22. Elis Manolova (Qadın güləşi - 68 kq)

23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)

24. Fəridə Əzizova (Taekvondo - 67 kq)

25. Rafael Ağayev (Karate - 75 kq)

26. İrina Zaretska (Karate - +61 kq)

27. Edi Reski Dviçayo (Badminton)

28. Kəramət Hüseynov (Cüdo - 60 kq)

29. Orxan Səfərov (Cüdo - 66 kq)

30. Rüstəm Orucov (Cüdo - 73 kq)

31. Murad Fətiyev (Cüdo - 81 kq)

32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)

33. Zelim Kotsoyev (Cüdo - 100 kq)

34. Uşangi Kokauri (Cüdo - +100 kq)

35. Aişə Qurbanlı (Cüdo - 48 kq)

36. İrina Kindzerska (Cüdo - +78 kq)

37. Rostislav Pevtsov (Triatlon)

38. Cavid Çələbiyev (Boks - 63 kq)

39. Lorenso Sotomayor (Boks - 69 kq)

40. Alfonso Dominges (Boks - 81 kq)

41. Məhəmməd Abdullayev (Boks - +91 kq)

42. Firdovsi Farzaliyev (Karate - 67 kq)

43. Emin Cəfərov (Stend atıcılığı) - vald kart

44. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) - universal vəsiqə.

 

Paralimpiya Oyunlarına isə hələlik 34 idmançımızın qatılacağı məlumdur

 

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) verilən məlumata görə, paralimpiyaçılarımız Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına daha iki lisenziya qazanıblar. Bununla da lisenziyalarımızın sayı 34-ə çatıb.

Qazanılan son iki lisenziyanın sahibləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya olub. Hər iki atletimiz bunu reytinq xarakterli yarışlarda yüksək nəticə göstərməklə əldə edib. AMPK-dən aldığımız məlumata görə, qazanılan 34 lisenziyadan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir. Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.

Xatırladaq ki, “Rio-2016” XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 iüzvü lisenziya qazanmışdı.

 

“Tokio-2020”də Azərbaycan komandasının idman geyiminin təqdimatı olub

 

“Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının istifadə edəcəyi idman geyiminin təqdimatı olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Akademiyanın rektoru Fuad Hacıyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə “Tokio-2020” Yay Olimpiya Oyunlarından bəhs edən videoçarx yayımlanıb.

Ç.Hüseynzadə, İ.İsmayılov və F.Hacıyev mərasimdə çıxış edərək komandamızın Olimpiadaya tam hazır olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanın “Tokio-2020”yə qalib ölkə kimi qatıldığı, idmançılarımızın qələbə qazanacaqları təqdirdə “Zəfər günləri” tədbirinin təşkil olunacağı, yığmamızın ilk dəfə iştirak etdiyi Atlanta Yay Olimpiya Oyunlarının 25 illiyi münasibətilə filmin hazırlandığı da vurğulanıb. Səfir C.Vada Yaponiyanın Olimpiya Oyunlarına tam hazır olduğunu deyib, Azərbaycanda idmanın inkişafından danışıb və milli komandamızın Olimpiadada uğurla çıxış edəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Sonda Azərbaycanın Olimpiya komandasının idman geyiminin təqdimatı olub. Azərbaycanın milli-mənəvi dəyərlərinə əsasən hazırlanan dəstdə milli ornament olan şəbəkədən istifadə edilib. Geyimi modellərlə yanaşı, komandamızın bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova da təqdim ediblər.

Xatırladaq ki, Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video