24 Mart 2014 08:03
468
Səhiyyə
A- A+

Azərbaycanda vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir

Martın 24-ü Dünya Vərəmlə Mübarizə Günüdür.

AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvü Ramil Vəlibəyov vərəmlə mübarizə sahəsində görülən işlərlə bağlı Bakıdakı 4 nömrəli vərəm əleyhinə dispanserin baş həkimi Sədaqət Vəliyevaya sorğu ilə müraciət etmişdir.
Dispanserin baş həkimi, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirmişdir ki, bu gün Azərbaycanda vərəm xəstələrinə göstərilən diqqət və qayğı dünyanın bir çox dövlətlərinə nümunə ola bilər. Ölkəmizdə fəaliyyət göstərən vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onlara pulsuz dərmanlar verilir, uzaqdan gələn xəstələrə hətta yol xərci də ödənilir.
Sədaqət Vəliyeva vurğulamışdır ki, hazırda dünyada vərəmin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi proqram yaradılmışdır. Bunun isə səbəbləri müxtəlifdir. Şəraitdən asılı olaraq aparılan müalicə zamanı dərmanların səmərəsi olmadıqda, onlar vaxtında qəbul edilmədikdə və xəstə öz müalicəsinə qeyri-ciddi yanaşdıqda mikrobların dərmana davamlı formaları meydana çıxır. Ona görə də bu gün Azərbaycanda xəstəliyin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi proqram hazırlanmışdır və uğurla reallaşdırılır. Bu cür xəstələrin müalicəsi üçün isə iki il vaxt və təqribən 50 min manat xərc tələb edilir. Söz yox ki, bu vəsaiti də Azərbaycan dövləti ödəyir.
Milli Məclisin deputatı diqqətə çatdırmışdır ki, bu gün ölkəmizdə vərəm əleyhinə mübarizə vərəm dispanserlərində aparılır. Eyni zamanda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyalar fəaliyyət göstərir. Xəstələrdən toplanmış bəlğəm nümunələri həmin laboratoriyalarda yoxlanılır və aşkar edilən dərmana davamlı formalar Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya təqdim olunur. Həmin komissiya isə bu cür xəstələri müalicəyə cəlb edir. Komissiyanın rəyinə əsasən, dərmana davamlı xəstələrin müalicəsi cərrahiyyə və ya konservativ yolla aparılır. Bunun üçün isə xüsusi formalaşdırılmış 6 nömrəli vərəm əleyhinə dispanser yüksək səviyyədə təmir olunaraq, istifadəyə verilmişdir.
4 nömrəli vərəm əleyhinə dispanserin baş həkimi demişdir ki, ölkədə 2007-ci ildən bu günədək 1000-ə yaxın belə xəstə aşkarlanmış və onlar müalicəyə cəlb olunmuşlar. Onların arasında müalicəsini bitirənlər də vardır. Lakin Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiya müayinələri davamlı olaraq həyata keçirir və prosesi nəzarətdə saxlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video