08:46 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda tətbiq edilən yeni idarəçilik texnologiyalarının nəticələri beynəlxalq platformada

ANA SƏHİFƏ / SİYASƏT
00:36 21.09.2021

 

Son illər iqlim dəyişiklikləri, enerji səmərəliliyi və yaşıl enerjiyə keçid məsələləri qlobal miqyasda böyük aktuallıq qazanıb. Həmin səbəbdən bu sahədə dərc olunan elmi əsərlərə müxtəlif beynəlxalq platformalarda maraq gündən-günə artmaqdadır. Bu günlərdə Kaliforniyada fəaliyyət göstərən və alimlərin əməkdaşlığı üçün nəzərdə tutulmuş academia.edu platformasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovun “Enerji səmərəliliyi davamlı inkişaf indikatoru kimi: Azərbaycanın təcrübəsi” adlı məqaləsi dərc edilib. 2017-ci ildə Kanadanın “Davamlı inkişaf” jurnalında Nyu Yorkun Kolumbiya Universitetinin professoru Jon Lourensin həmmüəllifliyi ilə çap olunan məqalə 63 milyon qeydiyyatdan keçmiş istifadəçisi olan platformada seçilmiş məqalələr sırasında qısa zamanda böyük marağa səbəb olub.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Məqalədə Azərbaycan Respublikasının qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olduğu vurğulanıb. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Bildirilib ki, müstəqillik illərində Azərbaycan Respublikasında davamlı inkişaf naminə təbii ehtiyatların idarə edilməsi, xüsusilə də enerji səmərəliliyi sahəsində qazanılmış nəticələr postsovet ölkələri, o cümlədən indi Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yüksək göstəricidir. Dünya Bankının 2017-ci ilin fevral ayında dərc olunan məlumatlarından göründüyü kimi, bu qrupa daxil olan bütün ölkələrdə eyni iqtisadi effektə nail olmaq üçün Azərbaycanla müqayisədə daha çox enerji sərf edilir. Ölkənin enerji səmərəliliyi göstəriciləri 2003-cü illə müqayisədə 3 dəfədən çox artıb.  Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyi sahəsində Prezident İlham Əliyev tərəfindən tətbiq edilən unikal dövlət idarəçiliyi texnologiyalarının yekunu və gerçəkləşdirilən uğurlu siyasətin parlaq təcəssümüdür. Eyni zamanda, bu, Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyinin təmin olunması və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına dair beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir. ÜDM-nin istehsalı üçün enerji sərfinin azaldılması əsasən yeni yüksək texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin idarə edilməsi sistemlərinin optimallaşdırılması hesabına mümkündür. Platformada dərc edilən materialdan aydın olur ki, Azərbaycan hər min dollarlıq ÜDM üçün sərf olunan enerji göstəricilərinə görə Kanada, ABŞ, Fransa və Yaponiyadan irəlidədir. Neft ixrac edən dövlətlər arasında isə ölkə Norveçlə 1-2-ci yerləri bölüşür. 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM