30 Sentyabr 2011 07:09
477
MSK
A- A+

Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkilərinin vaxtı açıqlanmışdır

 

Sentyabrın 29-da  Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin təyin edilməsi barədə məsələyə baxılmışdır. Bu məsələ barədə məlumat verən MSK sədri Məzahir Pənahov bildirmişdir ki, Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində hazırda fəaliyyətdə olan bələdiyyələr formalaşmış, 9 bələdiyyə üzrə səsvermənin nəticələri isə etibarsız hesab edilmişdir. Bununla yanaşı, ötən müddət ərzində fəaliyyətdə olan bəzi bələdiyyələrdə bir sıra bələdiyyə üzvlərinin səlahiyyətləri itirilmiş və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir. Nəticədə həmin bələdiyyə üzvlərinin yerləri boşalmışdır.

Sonra M.Pənahov MSK üzvlərinə bələdiyyə seçkilərinin təyin edilməsinə dair qərar layihəsi barədə məlumat vermişdir. MSK qərara almışdır ki, Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər cari il noyabrın 30-da keçirilsin. Bildirilmişdir ki, ümumilikdə 330 bələdiyyə üzrə 464 üzv seçilməlidir.

MSK katibi Arifə Muxtarova "Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim Planı"nın təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya "Təqvim Planı"nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

İclasda 42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunmuşdur. Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video