01:49 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
13:02 16.04.2021

 Aprelin 26-dan 28-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. “PAŞA Holdinq”, Azərbaycan Beynəlxalq Bankı, “BestComp” və BP şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq konfrans dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfrans çərçivəsində 20-dən çox ölkəni təmsil edən 50-dən çox tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya toplanaraq süni intellekt sahəsində dövrümüzün ən vacib bir sıra məsələlərini müzakirə edəcəklər:

• Rəqəmsal idarəetmədə süni intellekt və digər yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsi;

• Süni intellektin inkişafı, dizaynı və tətbiqi zamanı etik çərçivənin qorunması məqsədilə tələb və təkliflərin izlənilməsi;

• Azərbaycanda süni intellekt əsaslı həllərin qurulması istiqamətində cari çağırışlar və gələcək baxışların təyin edilməsi;

• Süni intellekt ekosisteminin cəmiyyətdə təşviqatının təşkili istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması;

Təşkil olunacaq data yarışması öncəsi iki gün ardıcıl olaraq vörkşoplar keçiriləcək. Konfransın sonuncu günündə data yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaqlar.

Konfransın rəsmi veb-səhifəsi – www.ai4digigov.com - da proqram, spikerlər, həmçinin data yarışmasında iştirak haqqında ətraflı məlumat almaq, eləcə də qeydiyyatdan keçmək mümkündür.

Tədbirlə maraqlananlar, həmçinin tədbirin rəsmi sosial media səhifəsinə baxa bilərlər: https://bit.ly/3wEWaB1



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM