13:48 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır - VİDEO
ANA SƏHİFƏ / TƏDBIRLƏR
15:23 01.10.2019

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə keçirilən növbəti siyahıyaalınma barədə Prezident İlham Əliyevə məlumat verən Dövlət Statistika Komitəsinin sədri Tahir BUDAQOV dedi:

- Cənab Prezident, Fərmanınıza əsasən bu gün ölkədə əhalinin siyahıyaalınmasına start verilir. İlk növbədə, cənab Prezident, tərtib olunmuş siyahıyaalma və sorğu vərəqələrinin cavablandırılmasını Sizdən xahiş edərdik. Bu siyahıyaalınmanın keçirilməsi zərurəti ondan irəli gəlir ki, son illərdə insanların yaşayış, mənzil şəraitində çox ciddi dəyişikliklər baş vermişdir. Miqrasiya proseslərində də müəyyən dəyişikliklər olmuşdur. Bütün bunlar nəzərə alınaraq keçirilən bu siyahıyaalmanın nəticəsində insanların rifah halında, onların gəlir mənbələrində, mənzil-məişət şəraitində baş verən dəyişikliklərlə yanaşı, əhalinin ailə tərkibi, ev təsərrüfatlarının tərkibi, hər bir şəxs barədə toplanılan məlumatlar ölkədə həm daxili, həm xarici miqrasiya proseslərinə, eyni zamanda, insanların məşğulluq statusuna, onların gəlir mənbələrinə, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq.

Tahir Budaqov ilk dəfə olaraq siyahıyaalınmaya sosial statusla bağlı məsələlərin daxil edildiyini bildirdi. O, siyahıyaalınmada Strateji Yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı sualların da nəzərə alındığını diqqətə çatdırdı.

Prezident İlham ƏLİYEV dedi:

-Çox yaxşı. Bu, hər bir ölkə üçün çox önəmli tədbirdir. Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir.

Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun.

Dövlət Statistika Komitəsinin əməkdaşı Zəbihə ƏSGƏR dedi:

-Cənab Prezident, BMT-nin tövsiyələrinə əsasən siyahıyaalmanın iki əsas sənədi var ki, bunlardan biri siyahıyaalma vərəqi, digəri isə sorğu vərəqidir. Siyahıyaalma vərəqinin doldurulmasının məqsədi ev təsərrüfatları haqqında məlumat əldə etməkdir.

Sonra Prezident İlham Əliyev siyahıyaalma və sorğu vərəqələrində nəzərdə tutulan sualları cavablandırdı.




NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM