05:05 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda küncüt yığımına başlanılıb

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:19 18.09.2021

 

Bu il Saatlı rayonunda 30 hektara yaxın ərazidə küncüt əkini aparılıb. Birinci və ikinci əkin kimi əkilən küncütün artıq yığımına başlanılıb.

Fermer Şahmurad İmanova məxsus sahədə qəhvəyi küncüt əkilib. Nəticədə 1 hektar sahədən 12 sentner məhsuldarlıq əldə edilib. Ümumiyyətlə, dünyada 1 ha sahədən ən yüksək məhsuldarlıq 15-16 sentner hesab edilir. Fermerlər tərəfindən, əsasən, ağ və qəhvəyi küncüt toxumları əkilir, lakin ən məhsuldar və keyfiyyətli toxum qəhvəyi küncütdür. Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti  bu sahənin inkişafına dəstək, həmçinin digər fermerlərin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün bir sıra addımlar atıb. Belə ki, cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik sahəsinin inkişafı məqsədilə fermerlərə kompleks aqrotexniki xidmətlərlə bağlı təkliflər paketi hazırlayıb. Tədbirlər planında əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika, keyfiyyətli mineral gübrə və zərərvericilərə qarşı mübarizə üçün dərman təminatı ilə bağlı fermerlərə dəstək öz əksini tapıb.

Küncüt qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkinin vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC  Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək bu sahələrə aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqrotexniki məsələlərin həlli istiqamətində müvafiq işlər görüb.

Görülən işlərin əsas məqsədi maarifləndirmə bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminatda dəstəkiqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçilik sahələrini inkişaf etdirməkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM